"Qarabağ"ın daha bir rəqibi müəyyənləşdi

"Qarabağ"ın daha bir rəqibi müəyyənləşdi
ÖLKƏ FUTBOLU 28 Dekabr 2018 / 14:50 4378
-  A +

"Qarabağ"ın Antalyadakı qış təlim-məşq toplanışı müddətində yoxlama oyunu keçirəcəyi daha bir rəqib müəyyyənləşib.

Qol.az xəbər verir ki, Ağdam təmslçisi Rumıniyanın yüksək liqasında çıxış edən "Botoşani" klubu ilə qarşılaşacaq. Rumıniya mətbuatı yanvarın 12-də keçiriləcək matçın yerli vaxtla 17:00-da (Bakı vaxtı ilə 18:00) başlayacağını yazıb.

Xatırladaq ki, "Qarabağ" yanvarın 23-də daha bir yoxlama oyununda Polşanın "Pyast" klubu ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər
topaz banner