“Hələlik “Keşlə”dən ayrılıb-ayrılmayacağımla bağlı heç nə deyə bilmərəm. Məsələ bir-iki günə həllini tapmalıdır. Yalnız bundan sonra nəsə danışmaq olar. Çünki hələ heç nə bilinmir”.
Bu sözləri Qol.az-a açıqlamasında “Keşlə”nin hücumçusu Vaqif Cavadov deyib. Tərlan Əhmədovun komandada görmək istəmədiyi təcrübəli futbolçu hələlik heç nəyin dəqiqləşmədiyini bildirib:
“Mənə heç kim “özünə başqa komanda tap” deməyib. Düzdür, klub rəhbərliyi ilə danışıqlar gedir. Tərlan Əhmədovun açıqlamasından da xəbərim var, mənə bu barədə deyiblər. Amma konkret bir şey yoxdur”.
“Keşlə”yə gələnə qədər bir müddət futboldan uzaq qalan Cavadov yenidən eyni halla üzləşməkdən narahat deyil: “Onlardan cavab gözləyirəm. Mənə konkret olaraq nəsə desinlər, sonra danışarıq. Hər halda futbolsuz qalmaram. Lap qalsam belə, bu, məni narahat etmir. Çünki “Keşlə”dən əvvəl də kənarda idim. Amma sonra qayıdıb kubok qazandım. Nə problem var ki?”
Qeyd edək ki, Vaqifin “Keşlə” ilə bu mövsümün sonuna qədər müqaviləsi var.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı