"Sumqayıt" Orxan Sadıqlını da göndərdi

"Sumqayıt" Orxan Sadıqlını da göndərdi
ÖLKƏ FUTBOLU 24 Dekabr 2018 / 13:24 1993
-  A +

"Sumqayıt" daha bir futbolçusu ilə yolları ayırıb.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, qapıçı Orxan Sadıqlının başa çatan icarə müqaviləsi yenilənməyib.

Qeyd edək ki, müqavilə ilə "Keşlə"yə məxsus olan 25 yaşlı qolkiper mövsümün əvvəlindən "Sumqayıt"da çıxış edirdi.

Xatırladaq ki, "Sumqayıt" yarımmüdafiəçi Orxan Əliyevlə də yolları ayırıb.

Daha çox


Son xəbərlər
topaz banner