Renat oynadı, komandası liderliyə yüksəldi

Renat oynadı, komandası liderliyə yüksəldi
ÖLKƏ FUTBOLU 22 Dekabr 2018 / 09:36 2841
-  A +

Portuqaliya Sequndasında 14-cü tura start verilib.

Qol.az-ın məlumatına görə, açılış oyununda 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Renat Dadaşovun çıxış etdiyi "Eştoril" səfərdə "Oliveyrense"nin qonağı olub. Matçın taleyini bir qol həll edib. Kleberin 72-ci dəqiqədə penaltidən vurduğu qol qonaqlara qələbə qazandırıb.

Bu nəticədən sonra xallarının sayını 29-a çatdıran "Eştoril" liderliyə yüksəlib.

Qeyd edək ki, oyuna start heyətdə başlayan Dadaşov 59-cu dəqiədə matçda yeganə qolun müəllifi Kleberlə əvəzlənib.

Daha çox


Son xəbərlər
topaz banner