“Neftçi” 90-a çatdı

“Neftçi” 90-a çatdı
ÖLKƏ FUTBOLU 21 Dekabr 2018 / 17:20 1471
-  A +

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu “Neftçi” üçün əlamətdar olub.
 
Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Bakı klubunun “Sumqayıt”la səfər matçında əldə etdiyi 1:0 hesablı qələbə “ağ-qaralar”ın tarixinə yarışdakı yubiley uğuru kimi düşüb.
 
Bunadək 89 dəfə qalib gələn paytaxt təmsilçisi 90-cı qələbəsini qeyd edib. Bu göstəricidə ölkə rekordçusu olan “Neftçi” “90”a 157-ci qarşılaşmasında çatıb.
 
Komandanın hesabında 33 heç-heçə və 34 məğlubiyyət də var. 90 qələbədən 49-u evdə, 38-i səfərdə, 3-ü neytral meydanda əldə edilib.

Daha çox


Son xəbərlər
topaz banner