Topaz Premyer Liqasında 2018/19 mövsümünün ilk yarısı başa çatıb.
Qol.az xəbər verir ki, Azərbaycan çempionatının yüksək dəstəsində 4-cü mövsümünü keçirən “Zirə” qış fasiləsinə qədər 14 oyun keçirib.
Bu matçların birinin – “Səbail”lə görüşün nəticəsi ləğv edilib. Digər 13 qarşılaşmada bakılıların heyətində 20 futbolçu iştirak edib. Qapıçı Anar Nəzirov bütün oyunlarda iştirak edən yeganə futbolçudu. 13 oyunun hamısına kapitan kimi başlayan qolkiper yalnız bir dəfə əvəzlənib. Adil Nağıyevlə Sadio Tounkara hərəyə 12 oyunda şans qazanıb.
Mövsümün ilk yarısında “Zirə”nin 8 futbolçusu qol sevinci yaşayıb. Komandanın ən yaxşı bombardiri Mirsahib Abbasovdu. Onun hesabında 3 qol var. Tellur Mütəllimovla Aleksandr Dedov hərəyə 2 dəfə fərqlənibsə, digər 5 oyunçu 1 qolun sevincini yaşayıb.
Qeyd edək ki, nəticəsi ləğv olunan görüşdəki oyun və qol sayında nəzərə alınmır, vərəqələr isə futbolçuların passivində qalır.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı