"Qarabağ" üzərində qələbə çox vacib idi" - "Vorskla"nın hücumçusu

"Qarabağ" üzərində qələbə çox vacib idi" -  "Vorskla"nın hücumçusu
ÖLKƏ FUTBOLU 21 Dekabr 2018 / 11:50 1909
-  A +

"Ötən mövsümün sonunda hər kəs Avropa Liqasının qrup oyunlarını səbirsizliklə gözləyirdi. Təbii ki, mümkün qədər çox irəliləmək istəyirdik. Ancaq rəqiblərin gücünü nəzərə alsaq, qrupdan çıxmağı gözləmək çətin idi".

Qol.az-ın məlumatına görə, bu sözləri "Vorskla"nın futbolçusu Mixail Sergeyçuk Ukrayna mətbuatına açıqlamasında deyib.

Avropa Liqasının qrup mərhələsindəki oyunlarını dəyərləndirən 27 yaşlı hücumçu "Qarabağ"a Bakıda qalib gəldikləri matçdan da bəhs edib: "Arsenal" və "Sportinq" kimi böyük klublarla qarşılaşmaq xoş idi. Belə məşhur komandalara qarşı özünü sınamaq və təcrübə toplamaq imkanın olur. "Qarabağ" üzərində qələbə qazanaraq ilk xalları qazanmaq isə çox vacib idi".

Xatırladaq ki, Bakıdakı oyunda "Qarabağ"a 1:0 hesabı ilə qalib gələn Poltava təmsilçisi öz meydanında bu rəqibinə eyni hesabla uduzub.

Daha çox


Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır