"Federasiyaya rəhbərlik etdiyim ilk dövrlərdə ev oyunlarını Split şəhərində keçirirdik. Biz həmişə orada oynamaq istəmişik".
Qol.az "Sportklub"a istinadən yaydığı xəbərə görə, bu sözləri Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şuker deyib.
Federasiya rəhbəri keçirdiyi mətbuat konfransında AÇ-2020-nin seçmə mərhələsində ev oyunlarının keçiriləcəyi şəhərlərin adlarını açıqlayıb. O, yığmamızla oyunun paytaxt Zaqrebə salınmasına aydınlıq gətirib: "Split və Dalmaçiyanın sakinlərinin millinin oyununa böyük maraq göstərdiyini görmüşük. Bu ideya mənə məxsus idi və müəyyən məqamlara əsaslanırdı. Lakin birdən-birə qəti qərar vermək olmaz. Məhz buna görə Azərbaycanla oyunun paytaxt Zaqrebdə keçirilməsinə qərar verdik. Azərbaycandan başqa daha 3 ev oyunumuz olacaq. Bu matçları Rieka, Pula və Osiyek şəhərlərində keçirməyi planlaşdırırıq. Digər variantlar da var".
Qeyd edək ki, Xorvartiya - Azərbaycan oyunu martın 21-də "Maksimir" stadionunda keçiriləcək.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı