"Keşlə”nin müdafiəçisi Denis Silva ölkə kubokunun 1/4 final mərhələsinin “Qarabağ”la cavab oyunundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, braziliyalı futbolçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.
- Çətin oyun keçdi. Liqadakı vəziyyətimizə görə kubokdakı oyun bizim üçün vacib idi. Mübarizə aparsaq da, alınmadı. Bəzən yaxşı oyun nümayiş etdirsən də, sonda belə nəticə ilə üzləşirsən. Növbəti ili düşünməliyik. Liqaya köklənməli və turnir cədvəlində yuxarı yerlərə qalxmağa çalışmalıyıq.
- Hesabı siz açsanız da, sonradan üstünlüyü əldən verdiniz. Niyə belə alındı?
- Diqqətli olmadıq. İkinci hissənin ilk dəqiqələrində qapımızda qol gördük. Yaxşı komandamız və futbolçularımız var. Nümayiş etdirdiyimiz oyun yaxşı idi. Bəzən belə hallar da olur. Bundan dərs çıxarmalıyıq.
- Necə düşünürsən, “Qarabağ”ı keçmək olardı?
- Əlbəttə, şanslarımız oldu. Yaxşı qol epizodları yaratdıq. Yaxşı oynadıq. Düşünürəm ki, "Qarabağ"ı keçə bilərdik. Ancaq rəqib də güclü komandadır. Gələcək oyunları düşünməliyik.
- Kubokda mübarizəni dayandırdınız, çempionatda isə autsayderlər qrupundasınız...
- Artıq liqanı düşünməliyik. Artıq bir cəbhədə qalmışıq. İndi işimizin nədən ibarət olduğunu yaxşı bilirik. Bütün fikrimizi çempionata cəmləməliyik. Heyətimizdəki güclü futbolçuları saxlamalı və komandamızı da gücləndirməliyik. Yaxşı nəticələr üçün bu lazımdır. Yaxşı komandamız var. Bizi çətin oyunlar gözləyir. Fikrimcə, turnir cədvəlində yuxarı qalxacağıq.
- Səncə, “Keşlə”yə yeni oyunçular lazımdır?
- Təbii ki, yeni oyunçular alınsa, yaxşı olar. Komandamız daha da güclənər.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı