"İlk matçda olduğu kimi cavab görüşü də çətin oldu. Kubok çempiontdan fərqlənir. Bir rəqibi keçib yarımfinala düşmək komandaları stimullaşdırır".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 finalının "Keşlə" ilə cavab oyunundan (1:1) sonra mətbuat konfransında deyib.
46 yaşlı mütəxəssis bildirib ki, "Keşlə" mərhələ keçə bilməsə də, yaxşı təsir bağışlayıb: "Tərlan Əhmədov yaxşı komanda qurub. Onlara uğurlar arzulayıram. İstirahətə gedirik. Yanvarın 6-da Antalyada bir araya gələcəyik".
Baş məşqçi qışda komandanı tərk edəcək futbolçuların Antalya toplanışında dəqiqləşəcəyini vurğulayıb: "Gedəcək futbolçular barədə məlumat verə bilməyəcəm. Sadəcə olaraq, bəzi oyunçular daha çox oynamaq istəyir. Ola bilər ki, kimsə yaxınlaşıb, getmək istədiyini desin. Bu məsələlərə Antalyada baxacağıq".
O, hazırda Qazaxıstanın "Astana" klubunun formasını geyinən Riçard Almeyda və Pedro Enrikenin "Qarabağ"a dönmələri üçün danışıq aparmadıqlarını qeyd edib: "Riçardla hər hansı danışığımız olmayıb. Ona qapımız həmişə açıqdır. Bunu özünə də demişik. Ona braziliyalı kimi yox, azərbaycanlı kimi baxırıq. Çünki artıq ona Azərbaycan pasportu da verilib".
Q.Qurbanov matç başa çatandan sonra baş hakim İnqilab Məmmədovla aralarındakı dialoqa da toxunub: "Ona böyük hörmətim var, son illər çox sürətlə inkişaf etdi. Söhbət zamanı çox sayda sarı vərəqə göstərməsinə etiraz etdim. Xüsusən də Yakub Jezniçaka göstərilən hər iki vərəqə düz deyildi".
Q.Qurbanov 2018-ci ili özü və komandası üçün düşərli saydığını deyib: "Ölkə çempionu olduq, ardıcıl 5-ci dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazandıq. Çətinliklərimiz də oldu. Digər nüanslara görə də siz daha yaxşı qiymət verə bilərsiniz".
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı