Milli komandamızın yarımmüdafiəçisi Riçard Almeydanın bu qış transfer pəncərəsi dönəmində “Qarabağ”a qayıdacağı gözlənilir.
Qol.az-ın etibarlı mənbədən əldə etdiyi xəbərə görə, milliləşdirilmiş braziliyalı futbolçu hazırda çıxış etdiyi “Astana” ilə müqaviləni ləğv etmək niyyətindədir. Bildirilib ki, bu yaxınlarda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almeydanın komandasına qayıtmasına razılıq verib. Məhz bundan sonra 29 yaşlı futbolçu hazırkı klubu ilə müqaviləni qarşılıqlı şəkildə ləğv etmək üçün “Astana” ilə danışıqlara başlayıb. Tərəflər maddi məsələlərdə razılığa gəlsələr, artıq bu qış transfer pəncərəsi zamanı Almeyda “Qarabağ”la müqavilə bağlayacaq.
Bəs, Pedro Enrike?..
Qeyd edək ki, daha əvvəl Qazaxıstan mətbuatı hazırda “Astana”da oynayan “Qarabağ”ın digər sabiq futbolçusu Pedro Enrikenin də Ağdam klubuna keçmək istəməsi barədə məlumat yayıb. Lakin bizə çatan xəbərə görə, Q.Qurbanov Almeydadan fərqli olaraq, Pedronun “Qarabağ”a qayıtmasında maraqlı deyil. Bu səbəbdən onun Ağdam klubuna transfer olunması ehtimalı demək olar ki, yoxdur.
“Astana” nə qərar verəcək?
Xatırladaq ki, hər iki futbolçu bu yay “Qarabağ”dan ayrılaraq “Astana”ya keçib. Pedrodan fərqli olaraq, Almeyda əsas heyətə çox düşməyib. Bundan başqa, bu günlərdə "Astana"da maliyyə problemlərinin olması, bu səbəbdən klubun Almeyda və Pedro da daxil olmaqla futbolçularına borcunun yaranması haqda Qazaxıstan mətbuatında məlumat yayılıb. Almeydanın daha çox bu səbəblərə görə özünün də “Qarabağ”a qayıtmağa maraqlı olduğu və razılıq verdiyi bildirilib. Bu məsələ ilə bağlı yekun qərar verən tərəflərdən yalnız “Astana”nın mövqeyi indiki məqamda həlledici rol oynayacaq. Bu səbəbdən tərəflər Qazaxıstan klubunun necə qərar verəcəyini gözləyirlər.
Qeyd edək ki, dünən “Qarabağ” sabiq futbolçularından biri, son klubu Qazaxıstan “Aktobe”si olan Reynaldo Silvanı yenidən komandaya qaytarması haqda açıqlama yayıb. Onunla 2.5 illik müqavilə imzalandığı bildirilib.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı