"Astana"nın futbolçuları Riçard Almeyda və Pedro Enrike "Qarabağ"a qayıda bilər.
Qol.az-ın Qazaxıstanın "Vesti" saytına istinadən yaydığı xəbərə görə, Ağdam klubu hər iki oyunçu ilə danışıqlar aparır. Bildirilib ki, "Qarabağ" Avroliqadakı uğursuz çıxışdan sonra öz əvvəlki liderlərini komandaya qaytarmaq istəyir. Reynaldonun dönüşünün ardından "Qarabağ"ın Almeydanı transfer etmək ehtimalının daha çox olduğu vurğulanıb. Artıq millimizin yarımmüdafiəçisinin müqavilə imzalamaq üçün Bakıya uçmağa hazırlaşdığı iddia olunub. Oyunçunun "Astana" ilə müqaviləsi qüvvədə olduğundan bu keçidin Qazaxıstan klubunun qərarından çox şey asılı olacağı yazılıb.
Müqavilə ilə PAOK-ə məxsus olan Pedro Enrikenin də icarə əsasında oynadığı "Astana"da qalmaq fikrinin olmadığı bildirilib. Qazaxıstan klubundakı uğurlu çıxışını nəzərə alan Yunanıstan təmsilçisi onu qaytarmaq barədə də düşünür.Pedronun ya PAOK, ya da "Qarabağ"a keçə biləcəyi iddia olunub.
Əlavə edək ki, "Astana"da maliyyə problemlərinin olması, bu səbəbdən klubun Almeyda və Pedro da daxil olmaqla futbolçularına borcunun yaranması haqda Qazaxıstan mətbuatında məlumat yayılıb.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı