Bu gün ölkə kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.
Qol.az-ın məlumatına görə, keçiriləcək iki oyunla yarımfinala yüksələcək növbəti cütlük bəlli olub.
Premyer Liqamızın debütantı "Sabah" "Əlincə Arena"da "Qəbələ"ni qəbul edib. Çempionatda işləri yaxşı getməyən Qəbələ təmsilçisi ilk oyunda olduğu kimi cavab görüşündə də eyni hesabla qalib gəlib - 1:0. Bununla da "Qəbələ" yarımfinala yüksəlib.
Günün digər oyununda isə "Qarabağ" kubokun son qalibi "Keşlə"nin qonağı olub. İlk oyunda 1:0 hesabı ilə qalib gələn Ağdam klubu cütün favoriti hesab olunurdu. Görüş 1:1 hesabı ilə başa çatıb və bu, "Qarabağ"ın yarımfinala çıxmasını təmin edib.
Xatırladaq ki, ötən gün keçirilən iki cavab oyunundan sonra "Zirə" və "Sumqayıt" adını yarımfinala yazdırıb.
Azərbaycan kuboku
1/4 final mərhələsi, cavab oyunları
20 dekabr (çərşənbə axşamı)
19:00. “Keşlə” – “Qarabağ” - 1:1
Qol: Amil Yunanov, 29 (1:0), Miçel, 50 (1:1)
Qırmızı vərəqə: Yakub Jezniçak, 90 ("Qarabağ")
İlk oyun: 0:1
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Səbuhi Bayramov
“ASK Arena”
16:00. “Sabah” – “Qəbələ” - 0:1
Qol:Ceyms Adeniyi, 80
Qırmızı vərəqə: Erik Ramos, 84 ("Sabah")
İlk oyun: 0:1
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev
“Əlincə Arena”
19 dekabr
“Sumqayıt” – “Neftçi” - 0:1
İlk oyun: 2:0
16:00. “Səbail” – “Zirə” -2:3
İlk oyun: 0:1
1/2 finalda qarşılaşacaqlar:
“Sumqayıt” - “Zirə"
“Qəbələ" - “Qarabağ”
Bu mərhələnin ilk oyunları aprelin 23-də, cavab matçları isə mayın 1-də keçiriləcək.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı