"Yarımfinala çıxmağımız sevindircidir. "Neftçi" ilə düşəndə fikirləşirdik ki, bu rəqibi keçə bilərikmi. Futbolçularımız xarakter göstərdi. Hər birinə təşəkkür edirəm".
Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/4 finalında "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları cavab oyunundan sonra mətbuat konfransında deyib.
O, yarımfinalda qarşılaşacaqları sabiq komandası "Zirə"nin çətin rəqib olduğunu qeyd edib: "Məni tək narahat edən komandanın fiziki durumu idi. Çatdıra bilməyəcəyimizdən ehtiyatlanırdım. Hər iki cəbhədə vuruşmağa çalışacağıq. Bu iki oyunda futbolçularımızın əzmkarlığı "Neftçi"dən üstün idi. Əlbəttə, rəqibi düzgün analiz etmişdik. Yarımfinaldakı rəqibimiz sonuncu yerdə getsə də, komandanın potensialı böyükdür. Yəqin ki, bütün güclərini kuboka qoyacaqlar. Qış fasiləsində güclənməliyik. Hər mövqedə rəqabət olmalıdır. Legioner futbolçu götürə bilmirik. Amma yenə də yeni oyunçular cəlb etməyə çalışacağıq. Bu barədə rəhbərliklə danışmışıq. Əsas məsələ hücumçudur. Maraqlandığımız oyunçular var".
A.Abbasov görüşün baş hakim Orxan Məmmədovun Arif Daşdəmirova qırmızı vərəqə göstərməsini səhv qərar hesab etdiyini bildirib: "Elə şeyi "Neftçi"nin futbolçusuna yaraşdırmıram. Həmin epizodda fayr-play olmalı idi. Orada yanlışlıqla Arif Daşdəmirova ikinci sarı vərəqə göstərərək meydandan qovdu. Sarı vərəqəni Xəyal Nəcəfov göstərməli idi. Oyunçuları səhv saldı. Bu qədər insan gəlib. Bir səhvlə çox şey ola bilər. Referinin əsas vaxta 7 dəqiqə əlavə etməsi də düz deyil".
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı