"Bu gün ikiqat mübarizə apardıq. Təəssüf ki, ilk oyunda epizodları düzgün qiymətləndirə bilmədik. Həmin matçda qol vura bilsəydik, bugünkü qələbə bəs edərdi".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan kubokunun 1/4 finalında "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub etdikləri cavab matçından sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis qarşılaşmanı belə şərh edib: "Ancaq qarşıdan fasilə gəlir. Yaxşı hazırlaşmaq üçün imkanımız olacaq. Heyətimizdən razıyam. Futbolçular tapşırıqları düzgün yerinə yetirdilər. Rəqib müdafiədən oynamağa, biz isə oyunu genişləndirməyə çalışırdıq. "Sumqayıt"ın futbolçuları vaxt uzatmağa çalışırdılar. Bu səbəbdən hakimlərə etiraz edirdim".
Qeyd edək ki, "Neftçi" ilk görüşdə 0:2 hesabı ilə məğlub olduğundan bugünkü qələbə mərhələ adlamaq üçün kifayət etməyib.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı