Bu gün ölkə kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Qol.az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçirilib. Günün ilk matçı “Bayıl Arena”da oynanılıb. Burada “Zirə” “Səbail”in qonağı olub. İlk oyunda rəqibinə 1:0 hesabı ilə qalib gələn Samir Abasovun komandası cavab görüşündə də qələbə qazanıb - 3:2. Bununla da "Zirə" yarımfinala yüksəlib.
Günün ikinci qarşılaşması isə Sumqayıtda keçirilib. Şəhərin eyniadlı komandası doğma azarkeşləri önündə “Neftçi”ni qəbul edib. Oyun qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv ilk görüşdə səfərdə 2:0 hesabı ilə qalib gəldiyindən, növbəti mərhələ adlayıb. Premyer Liqanın lideri olan "Neftçi" isə mübarizəni dayandırıb.
Qeyd edək ki, 1/4 finalın son 2 oyunu sabah keçiriləcək.
Azərbaycan kuboku
1/4 final mərhələsi, cavab oyunları
19 dekabr (çərşənbə)
19:00. “Sumqayıt” – “Neftçi” - 0:1
Qol: Namiq Ələskərov, 43
Qırmızı vərəqə: Arif Daşdəmirov, 87 ("Sumqayıt")
İlk oyun: 2:0
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
“Kapital Bank Arena”
16:00. “Səbail” – “Zirə” -2:3
Qollar:Adrian Skarlatake, 3-avtoqol (1:0), Adil Nağıyev, 45+2 (1:1), Pərdis Fərcad-Azad, 63 (1:2),Adil Nağıyev, 73(1:3), Ruslan Qurbanov, 83 (2:3)
İlk oyun: 0:1
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov
“Bayıl Arena”
20 dekabr (çərşənbə axşamı)
16:00. “Sabah” – “Qəbələ”
İlk oyun: 0:1
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev
“Əlincə Arena”
19:00. “Keşlə” – “Qarabağ”
İlk oyun: 0:1
Hakimlər: İnqilab Mmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Səbuhi Bayramov
“ASK Arena”
1/2 finalda qarşılaşacaqlar:
“Sumqayıt” - “Zirə"
“Qəbələ” – “Sabah” cütünün qalibi / “Qarabağ” – “Keşlə” cütünün qalibi
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı