İlin əcnəbi futbolçusu nominasiya üzrə qalib “Qarabağ”ın yarımmüdafiəçisi Donald Gerye açıqlama verib.
Haitili futbolçu qalib olduğu üçün özünü xoşbəxt hiss etdiyini bildirib: "Azərbaycanda ilin əcnəbi futbolçusu seçilməyim üçün mənə səs verən hər kəsə öz təşəkkürümü bildirirəm. Bu, mənim üçün əlavə motivasiyadır. Mükafat aldığım üçün çox xoşbəxtəm. Bir daha mənə səs verənlərə minnətdarlığımı bildirirəm”.
Geryenin sözlərinə görə, başa çatmaqda olan il onun üçün çox çətin keçib. Buna səbəb futbolçunun azyaşlı qızının dünyasını dəyişməsidir: “2018-ci ildə övladım vəfat etdi. Sözsüz ki, bu da mənim çıxışıma mənfi təsir göstərdi. Çox çətin günlər yaşadım. Buna baxmayaraq, baş məşqçi və komanda yoldaşlarımın dəstəyi ilə çətin günləri geridə qoydum”.
Yeni ilin də əhəmiyyətindən söz açan “Qarabağ”ın legioneri Şaxta baba olacağı təqdirdə uşaqlara verəcəyi hədiyyələrdən də danışıb: “Uşaq ikən Yeni ili səbrsizliklə gözləyirdik. Bu, bizim üçün böyük gün idi. Anamız həmişə ayaqqabıların içinə hədiyyələr qoyardı. Biz də bundan çox xoşbəxt olurduq. Həqiqətən də Yeni ilin əhəmiyyəti çox böyükdür. Şaxta babanın həqiqiliyini dərk etməyənə qədər xoşbəxt anlar yaşamışam. Bu gün bir sıra ölkələrdə uşaqlar aclıqdan, səfalətdən əziyyət çəkir. Məncə hər bir uşağın xoşbəxt olmağa haqqı var. Şaxta baba olsaydım, onlara xoşbəxtlik hədiyyə edərdim. Çünki mən hər bir uşağı xoşbəxt görmək istəyirəm” (yenicag.az).
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı