“Fənərbaxça”nın baş məşqçisi Kristof Daum Türkiyədə və Almaniyada şok yaradacaq açıqlamalar verib. Qol.Az-ın məlumatına görə, Türkiyə təmsilçisinin almaniyalı baş məşqçisi “Tranbzonspor” ilə çempionluq şansının itirildiyi son oyundan sonra “Fənərbaxça”nın prezidenti Əziz Yıldırım və vitse-prezident Murat Özaydınlı tərəfindən ölümlə təhdid edildiyini söyləyib.
Daum bildirib ki, oyundan sonra Əziz Yıldırım və Murat Özaydınlı onunla bir araya gəliblər: “Məndən birtərəfli qaydada “Fənərbaxça”dan ayrılmamı istədilər. Mən mövcud vəziyyətdə birtərəfli qaydada bağlanmış müqavilədən imtina etməyə müsbət yanaşmadım. Dedim ki, gəlməmişdən əvvəl 1 illik müqavilə istəmişdim, siz 3 illik müqavilə bağladınız və müqavilənin də şərtlərini yerinə yetirmək məcburiyyətindəsiniz. Cavabında dedilər ki, bizi çətin vəziyyətdə qoyma, müqaviləni ləğv edək, əks halda sənin və ailənin təhlükəsizliyini qorumayacağıq. Mən də onların sözlərinin təhdid xarakteri daşıdığını bildirdim və müqavilənin şərtlərinin yerinə yetirilməsini istədim. Onlar yenə də bundan sonra Türkiyənin mənim və ailəm üçün qorxulu olacağını söyləyərək məni qorxutmağa çalışdılar. Görüş o an mənim üçün bitdi”.
Kristof Daum bildirib ki, ailəsini Almaniyada qoyaraq iyunun 17-də Türkiyəyə gələcək. O, təhlükəsizliyinin qorunması üçün Almaniyanın İstanbuldakı baş konsulluğuna müraciət edəcəyini vurğulayıb: “Lazım gəlsə, 3 mühafizəçi ilə gələrəm. Mən “Fənərbaxça”nı və Türkiyəni çox sevirəm. Normal şərtlərdə çox rahat bir anlaşma ilə məsələ qapana bilərdi. Ancaq özüm və ailəm ölümlə təhdid edildiyi üçün haqqımı sona qədər müdafiə edəcəyəm. İstanbulda evimdə də qalmaram, oteldə qalaram və mühafizəçilərimlə də İstanbulda istədiyim kimi gəzərəm. Bu işdən əl çəkməyəcəm”.
Bu arada o da məlum olub ki, klub rəhbərliyi bağırsağında kiçik bir cərrahi əməliyyat keçirən Kristof Daumun bu problemindən də yararlanmağa can atır və İstanbula gələrkən özü ilə sağlamlıqla bağlı sənəd gətirməsini istəyir. “Fənərbaxça” rəhbərliyi baş məşqçini təkrar Türkiyədə də müayinədən keçirmək niyyətindədir.
Lent.az
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"
"İmişli" - "Sabah": Heyətlər
Azərbaycanın millisi Çempionlar Kubokunun yarımfinalında
Arbeloa: "Tənqidlər məni narahat etmir"
"Liverpul" "Real"ın iki futbolçusunu transfer edə bilər
"Atletiko"da itki
"Sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq"
Ayxan Abbasov klub rəhbərlərini belə tənqid etdi - Video
“İndiki boksçuları heç kim tanımır” - Mayk Tayson
Messi, yoxsa Ronaldo? - Hazard seçdi
“Qarabağ”dan ayrılan Krisdən açıqlama
Nəriman yeni klubunun stadionunu ziyarət etdi - Video
Renat oynadı, komandası qalib gəldi
“Fənərbaxça”nın mövsümdəki ilk məğlubiyyəti - Video
Ruzanna Məmmədova Avropa ikincisi oldu
“Qələbə qazana bilməməyimizin səbəbini bilmirəm” - Saşa İliç
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı