"Qarabağ"a qarşı keçən oyunda səhvlər etmişdik. Çalışdıq ki, müdafiədə kompakt oynayaq və rəqibi əks-hücumlarda yaxalayaq. Bəzən bu, alınırdı".
Qol.az-ın məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
"Kubok oyununda futbolçular psixoloji cəhətdən hazır olmalıdı. Bir səhv hər şeyi dəyişə bilir. Komanda müdafiədə yaxşı oynadı. Hücumda keyfiyyətli çıxış edə bilmədik. Qarşıda cavab görüşü var. Cütün taleyinə ayın 20-də aydınlıq gələcək. Bu gün hiss etdim ki, komandada görüləsi işlər çoxdur. Belə məğlubiyyətlə hələ heç nə itirilməyib. Cavab oyununda daha diqqətli oynamağa çalışacağıq".
- Rəqibin “Qarabağ" olduğunu nəzərə alsaq, 0:1 komandanız üçün üstünlükdür?
- Mümkünsüz heç nə yoxdur. Çalışacağıq ki, cavab matçında daha yaxşı oynayaq və qələbə qazanaq. Asan olmayacaq, ancaq bacara bilərik.
- Klub prezidenti Zaur Axundov hakimlikdən narazı görünürdü...
- Hamı görür ki, cərimə zərbəsi təyin olunursa, məsafə 9 metr olmalıdır, daha 12 metr yox. Diqqətli olmaq lazımdır. Cavan hakimlər təyinat alır. Amma səhvlər oyunun gedişinə təsir edir. Avropa futbolundan zövq alırıq, amma bizdə hər toxunuşa fit səslənir. Narazılıq olursa, deməli, var da.
- Conatan Ayite əvəzlənəndə nə isə deyirdi...
- Mənim üçün də qaranlıq qaldı. Araşdıracağıq ki, görək nə baş verdi. Hər oyunçu sona qədər oynamaq istəyir.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı