"Çətin oyun olacağını gözləyirdik. Ağır səfərdən qayıtmışdıq və yorğunluq hiss olunurdu".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ölkə kubokunun 1/4 final mərhələsinin "Keşlə" ilə ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib. 1:0 hesablı qələbəni şərh edən təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
"Həm nəticədən, həm də oyundan razı qaldım. Futbolçular həm toplu, həm də topsuz yaxşı oynamağa çalışdılar. Son görüşü çıxsaq, bu komandaya qarşı həmişə çətin oynamışıq. Rəqib kubok matçlarında çox uğurlu çıxış edir. Bu gün də bunun şahidi olduq. Çempionat və kubok oyunları tam fərqli olur. 1:0 qələbədir, amma cavab matçında daha diqqətli olmalı və mübarizə aparmalıyıq. Futbolçuları təbrik edirəm. 3 gün vaxtımız var və çalışacağıq ki hazır olaq".
- Adətən 5-li müdafiə ilə çıxış edən “Keşlə” bu gün 4 müdafiəçi ilə oynayırdı. Gözlənilməz olmadı?
- Bu gün gözləyirdim ki, 4 müdafiədə çıxış etsinlər. Tərlan Əhmədov buna üstünlük verir. Dünən müzakirələrimiz olmuşdu. Ancaq tam əmin deyildik. Ola bilərdi ki, səfər oyununa görə 5-li müdafiədə çıxış etsinlər. Daha çox buna hazırlaşmışdıq.
- Cavab matçı bərbad vəziyyətdə olan süni örtüklü meydançada keçiriləcək...
- Həqiqətən də orada oynamaq futbolçular üçün elə də xoş olmur. Amma indi mübarizədən çəkinməli deyilik. Belə matçlarda həmişə zədələrə görə narahat olmuşam. Alternativ yoxdur, nəsə dəyişən deyil. Futbolçular o çətinliyi göz önünə gətirib daha yaxşı hazırlaşmalıdılar.
- Kubok oyunlarında mübarizə daha gərgin olur. Bunu "çemodan" əhval-ruhiyyəsi ilə bağlamaq olarmı?
- Bəlkə də, ola bilər. İlk dövrədə bu rəqiblə 1:1 etmişdik. Çətin oyun gözləyirdik. Digər görüşlərdə deməzdim ki, “çemodan” əhval-ruhiyyəsi var. Hər bir komanda nəticə qazanmağa çalışır. Dünən “Neftçi” – “Sumqayıt” oyunu da çox ağır keçmişdi. Cavab oyunları var. Onlarda artıq komandalar bütün güclərini ortaya qoymalıdılar.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı