“Kubok oyunu fərqli olur. Çünki burda rəqiblə duel iki matçdan ibarətdir. Qarşılaşmadan öncə komandanı məlumatlandırmışdıq ki, səhv eləmək olmaz".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan kubokunun 1/4 finalının "Sabah"la ilk oyunundan sonra mətbuat konfransında deyib.
Gənc çalışdırııcı 1:0 hesablı qələbəni belə şərh edib: "Həm kollektiv şəkildə hücum etməli, həm də komanda şəklində müdafiə olunmalı idik. Bütün bunların detallarını futbolçulara aşılamışdıq. Bunun müəyyən hissələri alınsa da, tam şəkildə meydanda görmədim. Komanda halında müdafiə olunarkən müəyyən çatışmazlıqlar oldu. Nəticədə qapımız önündə təhlükələr yarandı. Hərçənd bilirdik ki, rəqib əks-hücumlarda təhlükəli epizodlar yarada bilər. Təəssüflər olsun ki, bununla bağlı verilən tapşırıqlar yerinə yetirilmədi. Amma bizim də qol imkanlarımız oldu. Həmin epizodları qola çevirsəydik, fərqli oyun ola bilərdi. Komanda qol imkanını qaçıranda psixoloji təsir edir. Sevindiricidir ki, evdə qol buraxmadan qalib gəldik. Cavab görüşünə daha ciddi hazırlaşacağıq ki, həmin səhvlər təkrarlanmasın. Rauf Əliyevin oyunundan razı qaldım, diqqətlidir, verilən tapşırıqları yerinə yetirməyə çalışır. Qismət Alıyev də verilən tapşırıqları düzgün yerinə yetirən futbolçulardandır. “Sabah” çox yaxşı komandadır. İlk oyundan sonra yarımfinal şansları yenə bərabər qiymətləndirirəm”.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı