Rusiyanın “Krasnodar” klubunun daha iki oyunçusu Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisində çıxış etməyə razılıq verib.
Qol.az-ın xəbərinə görə, bu barədə “Report”a açıqlamasında yığmanın baş məşqçisi Vüqar Məmməd bildirib. V.Məmmədin sözlərinə görə, bunlar Azərbaycandan Rusiyaya köçən ailələrin övladları olan Sergey Peterson və Ruslan Pidlisnyakdır. 2001-ci il təvəllüdlü futbolçular müvafiq olaraq yarımmüdafiəçi və müdafiəçi mövqelərində çıxış edirlər.
İndiyə qədər Rusiyanın müxtəlif yaş qrupları üzrə yığmalarına çağrılan hər iki oyunçu millinin növbəti toplanışına dəvət alacaq.
Qeyd edək ki, bunadək “Krasnodar”ın gənclər komandasından hücumçu Ruslan Ərzumanov Azərbaycanın U-19 yığmasına çağırılıb. Bu futbolçu da növbəti toplanışda yer alacaq.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı