"İlin son oyunu idi. Xalla ayrılmaq istəyirdik. Futbolçular əzmkarlıq göstərdilər. Oyunçularımdan son matçlarda razıyam. Məşqlərdəki performansı oyunlarda da davam etdirirlər. Uşaqlara bildirdim ki, bu tempi saxlamaq lazımdır. Bir xal bizim üçün bu gün uğurdur. Rəqibi yaxşı analiz etmişdik. Lider komandadır. Üstünlükləri var. İlk dəqiqələrdə əks-hücumlar zamanı qol vura bilərdik".
Qol.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqanın 14-cü turunda səfərdə "Neftçi" ilə heç-heçə etdikləri oyundan (0:0) sonra keçirilən mətbuat konfransında deyib. O, son dəqiqələrdə sistemdə dəyişiklik etdiyini söyləyib:
"Son dəqiqələrdə sistemi dəyişdik. Ümumilikdə 4-lü müdafiə ilə oynadıq. Arif Daşdəmirov sağ yarımmüdafiəçi kimi oynadı. Bəzən 6 müdafiəçi olurduq. "Neftçi" ikinci hücumçunu buraxmışdı, bütün qüvvə ilə irəli atılmışdı. İstəmirdim ki, futbolçuların zəhməti hədər getsin. Müdaxilə etməli idim. Railin iki epizoddakı düzgün oyunu ilə gördük ki, doğru addım atmışam".
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı