"İlk yarıda çox zəif oynadıq. Müdafiədən çıxa bilmirdik. Boşluqları ikinci hissədə düzəltməyə çalışsaq da, yenə qol buraxdıq. Bundan sonra vuruşaraq, fərqi azaltdıq. Amma hesabı bərabərləşdirməyə gücümüz çatmadı".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqanın 14-cü turunda evdə "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
O, komandanın qol "silah"ı Marko Deviçin zədələnməsinin oyuna ciddi təsir etdiyini vurğulayıb: "Marko oynayanda Cavid İmamverdiyevi arxaya çəkirdik. Deviçin yoxluğunda gənclərə ümid edirik. Tural Qürbətovu buraxırıq, amma imkanlardan yararlana bilmir. İlk yarıda qol vura bilsəydik, fasilədən sonra fərqli futbol oynayardıq.
E.Əhmədov komandadan göndəriləcək futbolçuları müəyyənləşdirdiyini və yeni oyunçuların alınacağını bildirib: "Özümüzdə gedəcək futbolçuları müəyyənləşdirmişik. Lakin onların yerinə oyunçu tapmadığımızdan hələ adlarını demirəm. Mövsümün əvvəlində "Sabah"a gəlmək istəməyən futbolçular var idi. Məcburiyyətdən bu heyəti qurmuşduq. Əlbəttə, qış fasiləsində komandamıza gələn oyunçular da olacaq".
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı