"Maraqlı oyun izlədik. Futbolçulara təşəkkür edirəm. Oyundan-oyuna daha da yaxşı oluruq. Son 15 dəqiqəni çıxmaq şərtiylə, komandamın oyunundan razı qaldım. Üç xal bizim üçün çox vacib idi. 2018-ci ilin son oyununda qələbə qazanmaq istəyirdik".
Qol.az-ın məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqanın 14-cü turunda səfərdə "Sabah"a qalib gəldikləri oyundan (2:1) sonra keçirilən mətbuat konfransında deyib.
- Diallo və Seymurun səhvləri sizin etirazınıza səbəb oldu. Onların oyunu sizi qane etdimi?
- Səhvsiz oyunçu olmur. Bütün komandadan razı qaldım. İstəkli idik. Hərəkət edən futbolçu səhv etməlidir.
- Sərtan Taşqın əvəzləmə istəyirdi, nə üçün dəyişdirmədiz onu?
- Oyunun gedişatında oyunçu dəyişiklik istəsə, etmək olar. Ancaq Sərtanın meydanda qalmağını istədim. Dəyişikliyi tez etsəydim, bu, bizə pis təsir edərdi.
- Elnur Cəfərovu cəzalandırmısızmı?
- Heç kimi cəzalandırmamışam. Mən gələndə cəzalı idi. İkinci komandamızdadı. Oyunlarını izləyirəm, 19 yaşlıların da matçlarına baxıram. Elnurun oyunundan razı deyiləm.
- İki dəfə ehtiyat oyunçular skamyasında əyləşənlərdən susmalarını istədiz. Etirazınız kimlərə idi?
- Bu, bütün futbol dünyasında olur. Bəzən insan tez əzəbləşir. Bir insanın 22 futbolçunu idarə etməsi çətindir.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı