Topaz Premyer Liqasında qış çempionu müəyyənləşib.
Qol.az-ın PFL-in saytına istinadən yaydığı məlumata görə, mövsümün ilk yarısı başa çatmasa da, “Neftçi”nın qış fasiləsinə 1-ci pillədə yollanacağı rəsmiləşib. Buna “ağ-qaralar”ın 13-cü turda səfərdə “Sabah” üzərində 2:1 hesablı qələbəsi səbəb olub. Xal hesabını 32-yə çatdıran Roberto Bordinin yetirmələri ilin son turunun nəticələrindən asılı olmayaraq fasiləyə 1-ci pillədə yollanacağını təmin edib.
Qeyd edək ki, bu, “Neftçi”nin Azərbaycan çempionatları tarixində 8-ci qış çempionluğudur. Bakılılar 1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11 və 2011/12 mövsümlərində də qış fasiləsinə lider kimi yollanmışdı. Paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçudur. “Neftçi”dən başqa “Qarabağ” 6, “Kəpəz”lə “İnter” (indiki “Keşlə”) hərəyə 3 dəfə qış çempionu olub. “Xəzri”, “Şəmkir”, “Karvan”, “Xəzər Lənkəran” və “Olimpik”in (indiki “Şüvəlan”) hərəyə 1 belə uğuru var.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti