"Xorvatiya ilə qarşılaşmışıq. Onlarla öz meydanımızda bir dəfə uğurlu nəticə də qazanmışıq. Qalan digər yığmalarla uzun müddətdir qarşılaşmamışıq. Slovakiya ilə millinin oyunu yadıma gəlmir. İnşallah, əlimizdən gələni edəcəyik. Nə qədər çox xal yığa bildik, yığacağıq. Amma həqiqətən də çox çətindir”
Qol.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında milli komandamızın üzvü Qara Qarayev deyib. AÇ-2020-nin seçmə mərhələsinin püşkatmasının nəticəsinə münasibət bildirən “Qarabağ”ın hücumçusu qrupdakı şanslarımızı da dəyərləndirib: "Oturaq, burada danışaq ki, bağ belə, bostan belə. Amma reallıq odur ki, çətin qrupda mübarizə aparacağıq. Bəlkə, 6 yığmanın olduğu qrupda olsaydıq, bizim səviyyəmizdə rəqib olsaydı, daha çox xallar yığa bilərdik. O vaxt Xorvatiyaya 0:6 hesabı ilə uduzduq, düzdür. Amma bunu düşünmürəm. Bəzən elə oyunlar olur ki, nə etsən də olmur, qapında qollar görürsən. Əlimizdən gələni edəcəyik ki, uğur qazanaq. Mən indi deyim ki, 6 qol buraxmayacağıq, yanlış olar. Bu, qeyri-peşəkar düşüncə olar. Oyun üçün var gücümüzü ortaya qoyacağıq. Tək Xorvatiya yox, bütün səfər oyunlarından yaxşı nəticə ilə dönməyi ümid edirik. Ancaq yenə də deyim, çətin qrupa düşmüşük və bununla razılaşmışıq”
26 yaşlı yarımmüdafiəçi saçını keçəl etməsi ilə bağlı da danışıb: "Düşünmürəm ki, saç düzümüm bu gün müzakirə obyektinə çevrilməlidir. Saçdı da, istədim, kəsdirdim. Sabah sarı rəngdə gödəkcə geyinsəm, hamı bunu da yazacaq? Heç gözləməzdim ki, gündəmə düşəcək. Vallah, bilsəydim ki, şəklimi bu qədər adam sosial şəbəkələrdə paylaşacaq, eləməzdim. Çünki heç düşünməmişəm ki, bunda qeyri-adi nəsə var. Saçdır da. Niyə belə qarşılanıb, mənim üçün də təəccüblüdür. O qədər idmanla, özümüzlə bağlı düşünməli mövzular var ki. Məncə, saçım bunun yanında heç nədir. Daha yaxşı şeylər fikirləşməliyik".
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər
Messidən daha bir dünya rekordu
A seriyasına yüksəldilər, baş məşqçi ilə müqavilə uzadıldı
"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi
"Qarabağ"dan ayrıldı, yenidən icarəyə göndərildi
Mundiallarda bunu bacaran ilk komanda oldular
Bakıda möhtəşəm boks gecəsi - Şəkillər
"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın
Skaloni çatışmazlıqları gizlətmədi
DÇ-2026: bombardirlər siyahısındakı son durum
Argentinanı yarımfinala yüksəldən qələbə - Video
“Qarabağ” Nihad Mujakiçin transferini bitirir
Seneqal millisinin baş məşqçisi göndərildi
112-ci dəqiqədə qol vuran futbolçu matçın ən yaxşısı seçildi
Tuhel yarımfinala çıxan komandasının oyununu tənqid etdi
DÇ-2026-da yarımfinal cütləri müəyyənləşdi
Argentina yarımfinalda - Yenilənib
İngiltərəni finala yaxınlaşdıran qələbə - Video
Dubl etdi, matçın ən yaxşısı seçildi
Norveç - İngiltərə: Heyətlər
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi