"Gözlənilməz nəticə oldu. Oyuna qələbə əzmi ilə çıxmışdıq. 1:5 hesablı məğlubiyyətdən sonra söz tapmaq çətindir. Məncə, ikinci hissədə diqqətimiz dağıldı və qollar üst-üstə gəldi. Hardasa, 10 dəqiqəyə qapımızda 3 top gördük. Diqqəti dağılandan sonra futbolda çox şey baş verir. Bu günkü oyun da buna sübutdur”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Keşlə”nin futbolçusu Vaqif Cavadov Topaz Premyer Liqanın 13-cü turunda səfərdə “Qarabağ”a 1:5 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, komandadakı bəzi futbolçuların vəziyyəti dərk etmədiyini söyləyib:“Komandada kim varsa, hamısı bunu dərk eləməlidir ki, “Keşlə” heç vaxt bu yerdə - turnir cədvəlinin son pilləsində olmayıb. Bunu yerli futbolçular bilir, legionerlərə də başa salırıq. “İnter”in vaxtında da heç vaxt olmayıb. Həm də futbolçularımızın ayrı-ayrılıqda hamısının adı-sanı var. Yaşları da çox deyil. Cavanı da var, təcrübəlisi də var. Onlar sadəcə dərk eləməlidirlər. Bəziləri bunları dərk eləmir. Bilmirəm niyə belədir. Nəticə də göz qarşısındadır”
29 yaşlı hücumçu baş məşqçi Tərlan Əhmədova vaxt lazım olduğunu deyib: "Tərlan Əhmədova da vaxt lazımdır. O, gələndən bir oyun udmuşuq, birin uduzmuşuq, heç-heçə etmişik və s. Yəni, hər iki aydan bir məşqçi dəyişsək, day nə olacaq. Bu, düzgün deyil”.
Millimizin sabiq üzvü son olaraq, AÇ-2020-nin seçmə mərhələsinin püşkünü dəyərləndirib: "Bizim oynadığımız vaxt uğursuz oldu. Hər bir oyun futbolçulardan asılıdır. Gələn il çempionatımız necə olacaq, hansı futbolçular millidə oynayacaq və s. bunlar önəmlidir. Mən inanıram ki, Bakıda hər bir komandaya qarşı oynamaq olar. Çətindir, demirəm ki, uda bilərik. Amma oynaya bilərik. Futbolda elə olur ki, zəif rəqiblər də güclülərdən xal ala bilir. Xorvatiya ilə oyunda onlar bizə necə yanaşacaqlar, əsas olan bu amildir. Türkiyə millisi də bura qələbə deyib, gəlmişdi, amma 0:1 bizə uduzub, qrupda qaldılar. Amma qrupdakı komandaların hər birinin adı çox güclüdür və çox çətin olacaq. Bunu etiraf etməliyik”.
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər
Messidən daha bir dünya rekordu
A seriyasına yüksəldilər, baş məşqçi ilə müqavilə uzadıldı
"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi
"Qarabağ"dan ayrıldı, yenidən icarəyə göndərildi
Mundiallarda bunu bacaran ilk komanda oldular
Bakıda möhtəşəm boks gecəsi - Şəkillər
"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın
Skaloni çatışmazlıqları gizlətmədi
DÇ-2026: bombardirlər siyahısındakı son durum
Argentinanı yarımfinala yüksəldən qələbə - Video
“Qarabağ” Nihad Mujakiçin transferini bitirir
Seneqal millisinin baş məşqçisi göndərildi
112-ci dəqiqədə qol vuran futbolçu matçın ən yaxşısı seçildi
Tuhel yarımfinala çıxan komandasının oyununu tənqid etdi
DÇ-2026-da yarımfinal cütləri müəyyənləşdi
Argentina yarımfinalda - Yenilənib
İngiltərəni finala yaxınlaşdıran qələbə - Video
Dubl etdi, matçın ən yaxşısı seçildi
Norveç - İngiltərə: Heyətlər
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi