"Qarabağ"ın futbolçusu Abdullah Zubir Topaz Premyer Liqasının 13-cü turunda "Keşlə"yə 5:1 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, oyun barədə fikirlərini bildirib.
- "Keşlə"ni böyük hesabla məğlub etdiniz. Qarşılaşma haqda fikirləriniz necədir?
- Oyun gözlədiyimiz kimi alındı. Avropa Liqasında uğursuz nəticə əldə etmişik, bu oyuna qələbə istəyi ilə çıxmışdıq. Bütün oyunlardan qələbə gözləyirsən, amma nəticənin necə olacağını bilmirsən. Qələbə qazandığımıza görə özümü xoşbəxt hiss edirəm.
- "Sportinq"ə ağır məğlubiyyətdən sonra bu oyuna hazırlaşmaq çətin olmadı?
- Bu futboldur. Hər uğursuz nəticədən sonra növbəti oyuna hazırlaşmaq və qələbə qazanmaq istəyirsən. Uğrusuzluğu qələbə qazanmaqla, uğurlu oyunla unutdurmaq mümkündür. Çempionat oyunları bizim üçün çox vacibdir. Ona görə bu oyunda motivasiya tapmağımız təbiidir.
- "Sportinq"in revanşını "Keşlə"dən aldığınızı düşünmək olar?
- Yox. "Keşlə" "Sportinq" deyil ki, acıq çıxaq. Biz rəqibə hörmətlə yanaşırıq, normal oynadıq, çünkü qələbə qazanmaq istəyirdik.
- Çempionatın lideri "Neftçi" ilə aranızda xal fərqi var. Bunu aradan qaldırmaq çətin olmayacaq?
- "Neftçi" ilə aramızda xal fərqinin olduğunu bilirik. Onlar bu mövsüm iddialıdırlar, yaxşı oyun nümayiş etdirirlər. Lakin biz təslim olmayacağıq, sona qədər mübarizə aparacağıq. Ümid edirəm ki, yekunda sevinən tərəf biz olacağıq.
- Qarşıda "Arsenal"la oyununuz olacaq. "Sportinq"lə matçdakı məğlubiyyət sizi qorxutmur?
- Nə deyə bilərəm? Futboldur, aydın məsələdir ki, çətin olacaq. Londona yaxşı oyun göstərməyə, yaxşı nəticə əldə etməyə gedəcəyik.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti