“Belə bir nəticədən sonra fikir bildirmək çətindir. Görüləsi iş çoxdur”.
Qol.az-ın məlumatına görə, bunu “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 13-cü turunda “Qarabağ”a 1:5 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib. O, məğlubiyyəti şərhi edib.
- Komanda cəmi 2 qalibiyyət əldə edib. İstər-istəməz top buraxmağımız suallar doğurur. Bu gün də hər hissənin əvvəlində qol buraxdıq. İkinci hissədə 8 dəqiqəyə 3 top buraxdıq. Bir komanda bu qədər uğursuz çıxış edə bilməz. Yeni futbolçular cəlb olunmalıdır. Hələ heç nə itirilməyib. Fərdi ustalıq aşağı səviyyədədir. Buraxılan qollar məni çox narahat edir. Vaxt yoxdur, amma işimiz də çoxdur.
- İkinci hissənin əvvəlində açıq futbol oynamaq nə dərəcədə doğru idi?
- Açıq futbol planda olmayıb. İkinci hissənin əvvəlindəki 8 dəqiqəyə qol buraxdıq. İkinci hissədə daha aqressiv və ehtiyatlı oynamalı idik. İndiki dövrdə açıq futbol anlayışı yoxdur. Bunun niyə baş verdiyi mənim üçün də sual doğurur. Bu, klubdaxili məsələdir.
- Davud Kəriminin çıxışı sizi qane etdi?
- Heç kimin oyunundan razı qalmadım. Davud bizdə ikinci qapıçıdır. Onun keçmişini də bilirik. Oyun praktikası aşağıdır. Amma başqa çıxış yolum da yoxdur.
- Kamran Ağayevin durumu nə yerdədir?
- Can ağrısı Kamrandadır, bizdə yox. Onun bu gün meydanda olmasını istərdim. Dünənki söhbətdə belə başa düşdüm ki, hələ hazır deyil. Ümid edirəm ki, kubok matçına qədər hazır olar.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti