"Futbolçular hücuma çıxanda çox tələsirdilər" - Sənan Qurbanov

"Futbolçular hücuma çıxanda çox tələsirdilər" -  Sənan Qurbanov
ÖLKƏ FUTBOLU 3 Dekabr 2018 / 14:30 1488
-  A +

“Keşlə” ilə matçda yaxşı oynamışdıq. Bu dəfə komandada bir az arxayınlaşma hiss etdim. Çalışdıq bunu aradan qaldıraq".
 
Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqanın 13-cü turunda evdə "Zirə" ilə keçirilən oyundan (0:0) sonra mətbuat konfransında deyib.

Gənc çalışdırıcı oyunun 61-ci dəqiqəsindən azlıqda qalan autsayder rəqiblərinə qol vura bilməmələrini belə izah edib: "Həmişə qələbədən sonra müsbət məqamları daha da yaxşılaşdırmaq istəyirik. Bu matçda yaxşı oynadığımızı deyə bilmərəm. Mübarizə apardıq. Təəssüf ki, real qol vəziyyətimiz olmadı. Ceyms Adeniyinin yoxluğu hiss olundu. Ön xətdə kəsərli hücum yarada bilmədik. Ceymslə Stiven Monrozun anlaşmasının üzərində məşqlərdə də işləyirik və bəhrəsini görmüşük. Bu dəfə Monroz tək qalmışdı. Oyunun dünən keçirilən hissəsindən narazı qalmışdım. Həmin bölümü analiz etdik. Futbolçulara da çatışmazlıqları göstərdik. Bu gün oyunçularda istək var idi. Amma tələskənlik hiss olunurdu. Futbolçular hücuma çıxanda daha çox tələsirdilər”.

Daha çox


Son xəbərlər