Topaz Premyer Liqanın ötən şənbə günü keçirilən “Sabah” - “Neftçi” oyunu meydan sahibi komandanın gənc hücumçusu Emil Qasımov üçün əlamətdar olub.
Qol.az-ın xəbərinə görə, start heyətində meydana çıxan futbolçu 18 yaşında Topaz Premyer Liqasında debüt edib.
Baş məşqçi Elşad Əhmədov bundan öncəki turda “Qarabağ”la görüşdə də hələ 18 yaşı tamam olmayan başqa bir gənc futbolçuya debüt etmək şansı vermişdi. O, sözügedən qarşılaşmanın 80-ci dəqiqəsində Şakir Seyidovu meydana buraxmışdı.
Xatırladaq ki, həm Emil, həm də Şakir U-19 millimizin üzvüdür. Onlar bu yaxınlarda Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatının seçmə mərhələsində çıxış edən və elit-raunda vəsiqə qazanan yığmamızın uğurunda pay sahibi olublar.
Qeyd edək ki, Elşad Əhmədovun gənc futbolçulara şans verməsi müsbət və nümunəvi addım kimi dəyərləndirilməlidir. Baş məşqçinin riskə gedərək gəncləri oynatması bir tərəfdən onun qorxaq məşqçi olmadığını, digər tərəfdən də qətiyyətli addımlar atmaq bacarığına malik bir mütəxəssis olduğunu göstərir. Eyni zamanda bu qərar Elşad Əhmədovun debütant "Sabah"ın timsalında gələcək üçün yerli və gənc futbolçulardan ibarət yaxşı bir kollektiv formalaşdırmaq əzminin olduğunun sübutudur. Belə qərarlar həm də hətta 18 yaşlı oyunçuda gününü ehtiyatda keçirmək deyil, artıq əsas heyətə düşmək inamı yaradır. Bununla da onlar öz üzərlərində daha yaxşı çalışmaqla inkişaf etmək həvəsini daha da artıracaqlar.
Bu mənada, Elşad Əhmədovun bu cəsarətli addımı təqdir olunmalı, eyni zamanda da "Sabah"ın rəhbərliyinin belə məsələdə də ona dəstək verməsi müsbət məqam kimi qeyd edilməlidir. Çünki bizim klublar və məşqçilər bir çox halda belə riskli addımlar atmırlar, daha çox yaşlı və əcnəbi futbolçulara güvənirlər. Bu təcrübə isə çox vaxt yerli gənc oyunçuların inkişafına mane olur.
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər
Messidən daha bir dünya rekordu
A seriyasına yüksəldilər, baş məşqçi ilə müqavilə uzadıldı
"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi
"Qarabağ"dan ayrıldı, yenidən icarəyə göndərildi
Mundiallarda bunu bacaran ilk komanda oldular
Bakıda möhtəşəm boks gecəsi - Şəkillər
"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın
Skaloni çatışmazlıqları gizlətmədi
DÇ-2026: bombardirlər siyahısındakı son durum
Argentinanı yarımfinala yüksəldən qələbə - Video
“Qarabağ” Nihad Mujakiçin transferini bitirir
Seneqal millisinin baş məşqçisi göndərildi
112-ci dəqiqədə qol vuran futbolçu matçın ən yaxşısı seçildi
Tuhel yarımfinala çıxan komandasının oyununu tənqid etdi
DÇ-2026-da yarımfinal cütləri müəyyənləşdi
Argentina yarımfinalda - Yenilənib
İngiltərəni finala yaxınlaşdıran qələbə - Video
Dubl etdi, matçın ən yaxşısı seçildi
Norveç - İngiltərə: Heyətlər
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"