Topaz Premyer Liqasının 13-cü turunda keçirilən “Sabah” - “Neftçi” oyunu zamanı bir neçə xoşagəlməz hal yaşanıb.
Qol.az-ın məlumatına görə, "Sabah" klubun mətbuat xidmətinin bəyanatında bildirilib ki, qonaq komandanın azarkeşləri oyunboyu təhqiramiz ifadələrə yol verməklə yanaşı, qarşılaşmanın keçirildiyi “Əlincə Arena”ya maddi ziyan vurublar.
“Sabah”ın mətbuat katibi Elnur Həmidovun adından klubun rəsmi Feysbuk səhifəsində yayılan bəyanatda deyilir: "İlk növbədə onu vurğulayım ki, hər bir rəqibimizə olduğu kimi, “Neftçi” futbol klubuna da hörmətlə yanaşırıq. “Neftçi”nin futbol tariximizdə xüsusi yeri var. Bu klubda nəsildən-nəsilə keçən azarkeşlik ənənəsi mövcuddur.
Ancaq çox təəssüf ki, bu gün (dünən - red.) “Sabah”la oyundakı azarkeşlik “Neftçi”nin tarixinə, adına yaraşmayan şəkildə olub. Bu klubu dəstəkləmək adıyla stadiona gələn şəxslər oyunboyu xoşagəlməz davranışlarıyla diqqət çəkiblər. Onlar “Sabah” klubunun, futbolçuların, baş məşqçinin, hakimlərin ünvanına təhqirlər yağdırıblar. Masazıra futbol gətirən “Sabah” klubu yerli sakinlərin stadiona gəlməsi, futbol ailəmizə qoşulması üçün əlindən gələni edir. “Əlincə Arena”ya gələnlər arasında gənc ailələr, uşaqlar, xanımlar çoxluq təşkil edirlər. Lakin bəzi tərəfdarların xoşagəlməz davranışı, vandallıqları stadiona yeni-yeni ayaq açan azarkeşləri burdan uzaqlaşdırır. Bu gün 150-yə yaxın oturacaq sındıran şəxslər azarkeş adına uyğun gəlməyən hərəkətlər ediblər. Onların bu davranışı oyunun gedişində rəqibin futbolçusu Baqali Daboya da sirayət etməyə başlayıb. O, meydandan qovulan ana qədər UEFA-nın devizi olan “respect” anlayışı haqqında düşünməyi ağlına belə gətirməyib. Çox təəccüb və təəssüflə vurğulayıram ki, “Neftçi” rəsmiləri Dabonun qeyri-idman hərəkətlərini qınamaq əvəzinə, haqq qazandırıb. Bunun məntiqi nəticəsidir ki, fanatlar tribunada özlərini apara bilmirlər, azarkeş adına xələl gətirirlər.
“Neftçi” tarixdir, bu klub hazırda çempionatda liderdir. Lakin onları böyük edən nəticələri yox, futbolçusuyla, azarkeşiylə böyüklük nümayiş etdirməsi olmalıdır. Belə hallar təkrarlansa, bu cür xoşagəlməz hallara yol verən azarkeşlərə qarşı müvafiq addımlar atılacaq, onların “Əlincə Arena”ya daxil olmasına qadağa qoyulacaq.
Hakimliyə gəlincə, bizim də narazı qaldığımız məqamlar var. Lakin biz bunu media vasitəsiylə yox, reqlamentə uyğun şəkildə etməyi doğru hesab edirik”.
Qeyd edək ki, "Neftçi" tərəfi isə bu görüşün hakimliyindən narazı qalıb.
Klub prezidenti Kamran Quliyev oyundan sonra jurnalistlərlə söhbətində baş hakim Rəhim Həsənovun qərarları ilə bağlı protokola etirazlarını yazacaqlarını bildirib:
“Bu, hakimlik adına ləkədir. Rəhim az qalırdı özü qapımıza qol vursun”.
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər
Messidən daha bir dünya rekordu
A seriyasına yüksəldilər, baş məşqçi ilə müqavilə uzadıldı
"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi
"Qarabağ"dan ayrıldı, yenidən icarəyə göndərildi
Mundiallarda bunu bacaran ilk komanda oldular
Bakıda möhtəşəm boks gecəsi - Şəkillər
"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın
Skaloni çatışmazlıqları gizlətmədi
DÇ-2026: bombardirlər siyahısındakı son durum
Argentinanı yarımfinala yüksəldən qələbə - Video
“Qarabağ” Nihad Mujakiçin transferini bitirir
Seneqal millisinin baş məşqçisi göndərildi
112-ci dəqiqədə qol vuran futbolçu matçın ən yaxşısı seçildi
Tuhel yarımfinala çıxan komandasının oyununu tənqid etdi
DÇ-2026-da yarımfinal cütləri müəyyənləşdi
Argentina yarımfinalda - Yenilənib
İngiltərəni finala yaxınlaşdıran qələbə - Video
Dubl etdi, matçın ən yaxşısı seçildi
Norveç - İngiltərə: Heyətlər
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur