“Əvvəlcə Rahid Əmirquliyevə anasının vəfatına görə başsağlığı verirəm. İkincisi, "Sumqayıt" azarkeşlərini bu şəhərə futbolun qayıtması münasibətilə təbrik edirəm”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqanın 13-cü turunda “Səbail”ə qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konfransında deyib.
Gənc mütəxəssis qələbənin vacibliyini vurğulayıb:“Bilirdik ki, çətin olacaq. Rəqib müdafiədə sıx oyunu ilə seçilir. Keçən tur yaxşı oynadıq. Bu gün futbolçularımdan ən çox tələbim qələbə qazanmaq idi. Çünki 3 xal bizə çox vacib idi. Qələbə qazanmadıqca futbolçularda psixoloji vəziyyət pisləşirdi. İnamı qaytarmaq üçün 3 xal çox lazım idi. Bilirik ki, qarşıda çətin qrafik gözləyir. Bundan uğurla çıxarıq.
A. Abbasov həmişəki kimi 5 yox, 4 müdafiəçi ilə oynamalarının səbəbini də izah edib: “Rəqibə görə taktikada dəyişikliklər olacaq. Hücumda çoxluq təşkil edirdik. Hücuma çıxarkən 5 müdafiəçi ilə oynayırdıq. Bu da bizim gizli silahımız idi. Oyunun sonunda Atilla Yıldırım yorulmuşdu, ona görə də yenidən 5 müdafiəçi ilə oynadıq. Gələcəkdə yenə dəyişikliklər olacaq.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti