"Emil Balayevə heç nə demədim" - Aftandil Hacıyev

"Emil Balayevə heç nə demədim" -  Aftandil Hacıyev
ÖLKƏ FUTBOLU 1 Dekabr 2018 / 21:55 3332
-  A +

“İtkilərimiz var idi. Rahid Əmirquliyevin yoxluğu oyuna təsir etdi. Futbolçularımız əllərindən gələni etdilər. Matça yanaşmalarından razı qaldım. Amma nəticədən narazıyam".  

Qol.az-ın xəbərinə görə, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqanın 13-cü turunda səfərdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

O, məğlubiyyətin səbəbini belə izah edib: “Kapitan Rahid Əmirquliyevin anasının dünyasını dəyişməsi komandaya təsir etmişdi. Amma deməzdim ki, kollektiv istəksiz idi. Sadəcə, fərdi səhvlər etdik. Süni örtüklə təbii ot arasında fərq var. Bu, futbolçulara çətinlik törədir. Amma bu, əsas səbəb ola bilməz. Bu gün səhvimizdən rəqib yararlandı”.
 
A.Hacıyev qapıçı Emil Balayevə kobud səhvi barədə də danışıb: ”Heç nə demədim. Ondan əvvəl də fərdi səhvlərə yol verənlər var idi. Futbolda belə hallar olur. Amma birgə olmağımız üçün nəticələri yaxşılaşdırmalıyıq”.

Daha çox


Son xəbərlər
topaz banner