“Rəhim Həsənov az qalırdı özü qapımıza qol vursun” - “Neftçi”dən etiraz

“Rəhim Həsənov az qalırdı özü qapımıza qol vursun”  -  “Neftçi”dən etiraz
ÖLKƏ FUTBOLU 1 Dekabr 2018 / 19:30 4095
-  A +

"Neftçi" Topaz Premyer Liqanın 13-cü turunda "Sabah"la bu gün keçirilən oyunun (2:1) hakim idarəçiliyindən narazı qalıb.

Qol.az-ın xəbərinə görə, klub prezidenti Kamran Quliyev oyundan sonra jurnalistlərlə söhbətində baş hakim Rəhim Həsənovun qərarları ilə bağlı protokola etirazlarını yazacaqlarını bildirib:
“Bu, hakimlik adına ləkədir. Rəhim az qalırdı özü qapımıza qol vursun”.

K.Quliyev  matçın 76-cı dəqiqəsində “Neftçi”nin qapısına təyin edilən penaltidən, 83-cü dəqiqədə Baqali Daboynun meydandan qovulmasından görüşün əsas vaxtına 6 dəqiqə əlavə olunmasından narazı qaldıqlarını bildirib.

Qeyd edək ki, R.Həsənov “Neftçi”nin iki, "Sabah"ın isə bir futbolçusuna qırmızı vərəqə göstərib.

Daha çox


Son xəbərlər
topaz banner