"Neftçi"dən rəsmi transfer

"Neftçi"dən rəsmi transfer
ÖLKƏ FUTBOLU 1 Dekabr 2018 / 15:02 5130
-  A +

"Neftçi" heyətini gücləndirmək baxımından növbəti addımı atıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, vətəni Qvineyada istedadı ilə seçilən futboçulardan olan Mamadu Kane ilə 3 illik müqavilə bağlanıb. Oktyabrın 15-dən "Neftçi"də baxışda olan 21 yaşlı Kane mərkəz yarımmüdafiəçisidir. O, yeni komandasının heyətində 36 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, bundan əvvəl Qvineyanın "Kaloum Star” klubunun üzvü olmuş futbolçu bu ölkənin 20 yaşadək milli komandasının formasını geyinib və dünya çempionatında iştirak edib.

Daha çox


Son xəbərlər
topaz banner