"Sportinq" baxımlı futbol sərgilədi. Çox yaxşı oynadılar, birtoxunuşlu ötürmələr zamanı bir-birilərini gözəl başa düşürdülər".
Qol.az-ın məlumatına görə, bu sözləri “A Bola” nəşrinə açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçev deyib. Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Sportinq”ə 1:6 hesablı ev məğlubiyyətini şərh edən bolqarıstanlı futbolçu təəssüf hiss keçirdiyini bildirib:
“Təəssüf ki, 6 top buraxdıq. Bu, komanda üçün yaxşı hal deyil. Adətən bizdə bu cür məğlubiyyətlər olmur. Bu dəfə belə alındı”.
Mövsümün əvvəlində “Qarabağ”a məhz “Sportinq”dən keçən yarımmüdafiəçi sabiq komandasının Avroliqadakı şanslarını da dəyərləndirib: “Avroliqanın finalı Bakıda olacaq. “Sportinq”in əsas hədəfinin ölkə çempionatı, yoxsa Avropa Liqasını qazanmaq olduğunu bilmirəm. Amma əgər bizə qarşı oynadıqları kimi mübarizə aparsalar, turnirdə qalib olmaq üçün əla şanslarının olduğunu deyə bilərəm”.
Slavçev sonda keçmiş klubuna uğurlar arzulayıb: “Sportinq”ə işıqlı gələcək arzu edirəm. Qalmaqal və çətinliklər artıq geridə qaldı. Ümid edirəm ki, bundan sonra yeni prezidentlə onlar daha da yaxşı olacaq və titullar qazanacaqlar”.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti