“Qarabağ” - “Sportinq”: məğlubların qələbəsi...

“Qarabağ” - “Sportinq”:  məğlubların qələbəsi...
ÖLKƏ FUTBOLU 30 Noyabr 2018 / 15:48 2604
-  A +

“Qarabağ”ın “Sportinq”lə dünənki oyunu başkayarkən meydana çıxan futbolçuları müşayiət edən ağdamlı məcburi köçkün uşaqlar arasında qəhrəman şəhidlərin və qazilərin övladaları da olub.

Komandamızın böyük hesablı məğlubiyyəti ilə bitən oyunun əsl qalibləri də elə onlardır...
Milli Qəhrəman Şirin Mirzəyevin nəvəsi - yeddi yaşlı Şirinin, Milli Qəhrəman Allahverdi Bağırovun nəvəsi - altı yaşlı Əlinin, əfsanəvi kəşfiyyatçı, 2016-cı ilin Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Raquf Orucovun oğlu – on iki yaşlı Nihadın və digərlərinin Azərbaycan və Portuqaliya futbol ulduzları ilə birlikdə Bakı Olimpiya Stadionunun yaşıl meydanına çıxması çoxmilyonlu Avropa futbolsevərlərinin diqqətini Ağdamın hələ də təcavüzkar Ermənistanın işğalı altında olması faktına yönəltmək idi... 
UEFA ənənəsinə görə, futbolda varisliyi rəmzləşdirən bu aksiyada ağdamlı məcburi köçkün ailələrin övladlarının iştirakı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Qarabağ” futbol klubunun rəhbərliyinə müraciəti əsasında gerçəkləşib. Klub rəhbərliyi məcburi köçkün ailələrin və onların övladlarının öz torpaqlarına qayıtmaq istəyini, “Qarabağ”ın oyunlarının doğma torpaqda keçirilməsi arzusunu dəstəkləməklə əsl vətənpərvərlik nümunəsi göstərib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində klub rəhbərliyinin bu məsələyə münasibəti yüksək qiymətləndirilməklə yanaşı, qeyd edilib ki, Prezident  İlham Əliyev, Birinci vitse-prezident, Birinci xanım Mehriban Əliyeva gənclərin fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə xüsusi diqqət yetirirlər.  Ölkəmizdə  idmana göstərilən dövlət qayğısı gənc nəslin, o cümlədən məcburi köçkün ailələrin övladalarının müxtəlif idman növləri ilə fəal məşğul olmasını stimullaşdırır.

Daha çox


Son xəbərlər
topaz banner