"Qarabağ”ın kapitanı Rəşad Sadıqov daha bir tarixi göstəriciyə imza atıb.
Qol.az-ın məlumatına görə, Azərbaycan millisində 100 və daha çox oyun keçirən yeganə futbolçu kimi tarixə düşən 36 yaşlı müdafiəçi avrokuboklarda da bu rəqəmi fəth edib.
R.Sadıqov buna Avropa Liqasının qrup mərhələsinin “Sportinq”lə hazırda yeni başlayan görüşdə start heyətdə meydana çıxmaqla nail olub. Bu, onun qitə miqyaslı klub turnirlərində 100-cü matçı olub. Rəşad bu göstəriciyə 17 ildə çatıb.
2001-ci il avqustun 9-da “Neftçi”nin UEFA kubokuna “Qoritsa” ilə evdə keçirdiyi görüş 19 yaşlı müdafiəçinin debütü kimi yadda qalıb. Rəşad “Neftçi”dən başqa “Kayserispor” və “Qarabağ”ın heyətində də avrokuboklarda çıxış edib.
99 oyunu üç klubda keçirən müdafiəçi 5 dəfə legioner kimi – Türkiyə “Kayseripor”unda meydana çıxıb.Rəşad “Neftçi”də isə 18 matçda 2 qol vurub. "Sportinq"lə matç Rəşad üçün “Qarabağ”la avrokuboklardakı 77-ci görüş olub. O, bundan əvvəlki 76 oyunda 5 dəfə fərqlənib.
Qeyd edək ki, R.Sadıqov Çempionlar Liqasında 31, əvvəl UEFA kuboku, sonradan Avropa Liqası adlanan turnirdə 59, İntertoto kubokunda 10 oyunda forma geyinib. Rəşad qollarından 6-nı Avropa Liqası, 1-ni İntertoto kubokunda vurub.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti