“Qarabağ”ı yaxşı tanıyıram. İki il “Qəbələ”də oynamışam və bu komanda ilə bir neçə dəfə qarşılaşmışam”.
Qol.az xəbər verir ki, bu sözləri “A Bola” nəşrinə açıqlamasında “Qəbələ”nin keçmiş qapıçısı Dieqo Koşta deyib.
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın bu gün “Sportinq”lə keçiriləcək oyunundan danışan braziliyalı qolkiper Ağdam klubu haqda müsbət fikirlər səslənidirb: “Qarabağ” son illər çox böyüyüb, ardıcıl 5 dəfə Azərbaycan çempionu olublar. Əvvəl ardıcıl 3 dəfə çempion olmuş “Neftçi”nin hegemonluğuna son qoydular.
"Qarabağ" çox sərmayə qoyub və ölkədə ən böyük futbol gücünə çevirilib. Komanda möhtəşəm bir quruluşa sahibdir".
39 yaşlı qapıçı matçın favoritinin "Sportinq" olduğunu bildirib: "Son nəticələrinə baxmayaraq, "Sportinq" çox yaxşı vəziyyətdədir. Komandanın daha yaxşı olacağına ümid edirəm. "Sportinq favoritdir. Amma bunu meydanda sübut etməyə məcburdurlar. Portuqaliya futbolunun səviyyəsi yüksəkdir, Azərbaycan futbolundan daha böyükdür".
Qeyd edək ki, Dieqo Koşta 2012-2014-cü illərdə "Qəbələ"də çıxış edib.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti