FİFA-nın yeni reytinqi - millimiz neçəncidir?

FİFA-nın yeni reytinqi -  millimiz neçəncidir?
ÖLKƏ FUTBOLU 29 Noyabr 2018 / 14:38 4168
-  A +

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, ötən ayla müqayisədə millimizin mövqeyində dəyişiklik olmayıb. Millətlər Liqasında Farer adalarını 2:0 udub, Kosovoya 0:4 hesabı ilə uduzan Qurban Qurbanovun baş məşqçi olduğu komanda 1206 xalla 107-ci yerdədir. Yığmamız bir xal itirib.


Qeyd edək ki, siyahıya 1727  xalla Belçika başçılıq edir. Fransa 2-ci (1726), Braziliya isə 3-cü (1676) yerdə qərarlaşıb.

Daha çox


Son xəbərlər
topaz banner