Rüfət Dadaşov ciddi zədə aldı - 2018-i erkən başa vurdu

Rüfət Dadaşov ciddi zədə aldı - 2018-i erkən başa vurdu
ÖLKƏ FUTBOLU 29 Noyabr 2018 / 11:35 2159
-  A +

Millimizin üzvü Rüfət Dadaşov zədələnib.

Qol.az-ın “Bild”ə istinadən yaydığı xəbərə görə,  “Proyssen”in hücumçusu Almaniya 3-cü liqasının son turunda “Braunşveiq”lə görüşdə sıradan çıxıb.

3:0 hesabı ilə qalib gəldikləri oyunun 70-ci dədiqəsində  meydana çıxan 27 yaşlı forvardın əzələsində problem aşkarlanıb.

Komandanın baş məşqçisi Marko Antverpen yerli mətbuata açıqlamasında Rüfətin bu il daha meydana çıxa bilməyəcəyini bildirib.

Almaniya mətbuatı Rüfətin zədələnməsini son iki ayda çox oyun keçirməsi ilə əlaqələndirib.  Dadaşovun oktyabr və noyabr aylarında klubu ilə yanaşı, Azərbaycan millisinin heyətində də iştirak etməsi onun əzələ yorğunluğuna səbəb olub.

Daha çox


Son xəbərlər
topaz banner