Simeone yenə “Qarabağ”ı xatırladı: “Qol vura bilmirdik”

Simeone yenə “Qarabağ”ı xatırladı: “Qol vura bilmirdik”
ÖLKƏ FUTBOLU 29 Noyabr 2018 / 10:59 3834
-  A +

“Oyuna yaxşı başladıq və rəqibi təzyiq altda saxladıq. 70-ci dəqiqəyə kimi əla mübarizə apardıq. Bu cür oyunumuz son 20 dəqiqəyə qədər davam etdi. Sonlara doğru isə şənbə günü çempionatda keçirdiyimiz oyuna görə gücümüz tükəndi və “Monako” bəzi epizodlar yaxaladı”.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Atletiko”nun baş məşqçisi Dieqo Simeone UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun “Monako” ilə oyunundan (2:0) sonra keçirilən mətbuat konfransında deyib.

Argentinalı mütəxəssis ötən mövsüm ÇL-da “Qarabağ”la keçirdikləri oyunları da xatırlayıb: "Ötən mövsüm “Qarabağ”a qarşı oyunlarda qol vurmaqda çətinlik çəkirdik. Bu cür turnirlərdə hədəfə düşmək çox önəmlidir. Bu, qarşıdakı dəqiqələri daha təhlükəsiz keçirməyinizə kömək edir. Bu il isə Çempionlar Liqasında daha yaxşı təsir bağışlayırıq”.

Qeyd edək ki, dünən doğma meydanda “Monako”nu 2:0 hesabı ilə məğlub edən “Atletiko” xallarının sayını 12-yə yüksəldib və sona bir tur qalmış 1/8 finala yüksəlib.

Daha çox


Son xəbərlər
topaz banner