“Sportinq”in futbolçusu Andre Pinto Avropa Liqasının qrup mərhələsinin V turunda “Qarabağ”la oyun öncəsi keçirlən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib.
- Çox yaxşı durumdayıq və sabahkı oyuna hazırıq. Bizi çətin oyun gözləyir. Qələbə bizi növbəti mərhələyə daşıyacaq. Ümid edirik ki, 6 aydan sonra yenidən Bakıya qayıdacağıq. Sabahkı görüşdə fərqli “Qarabağ” gözləmirik. Yəqin ki, ilk matçdakı kimi oynayacaqlar. Eyni oyun fəlsəfəsinə malik komandadır. Cinahdan oynayır, əks-hücumlara tez-tez bel bağlayır və çalışırlar sürətli çıxış etsinlər. “Qarabağ” özünə əmin komandadır. Sabah da onlardan bu performansı gözləyirəm".
- Heyətdə itkilər kifayət qədərdir. Bu, sizə problem yaratmayacaq?
- “Sportinq” böyük komandadır. Burda oyunçuların kimliyi önəm daşımır. Hamımız qələbəyə köklənmişik.
- Sabah meydana çıxacaqsınız?
- Bu hələ bilinmir. Baş məşqçi yekun qərarı sabah verəcək.
- Baş məşqçi qısa müddətdi sizinlə çalışır. Onunla bağlı düşüncələriniz nələrdi?
- Burda futbolçuların üzərinə böyük məsuliyyət düşür. Onlar çalışmalıdır ki, baş məşqçinin ideyalarını qısa müddətdə həyata keçirə bilsinlər. Həmçinin məşqlərdə öyrəndiyimizi oyunlarda tətbiq etməliyik.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti