“İlk növbədə hədəfimiz qələbə qazanmaqdır. Bunu da baxımlı oyunla əldə etmək istəyirik. Təbii ki, hər şeydən əvvəl bizim üçün qalibiyyət önəmlidir”.
Qol.az-ın məlumatına görə, bunu “Sportinq”in baş məşqçisi Marsel Keyzer Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”la oyun öncəsi keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Sabahkı oyunda qələbə qazanmasanız belə, növbəti mərhələyə adlaya bilərsiniz. Matça yanaşmanız necə olacaq?
- Biz öz oyunumuza köklənməliyik. “Arsenal”ın oyunundan nə dərəcədə kömək gələcək, bu, ikinci dərəcədir. Şad xəbər gələr, lap yaxşı. Ancaq biz ilk növbədə özümüz qələbə qazanmağa çalışmalıyıq.
- Artıq 3 həftədir komandada işləyirsiniz. Bu müddətdə futbolçularla bağlı kifayət qədər məlumat əldə etmisinizmi və heyətdə hansı dəyişikliklər gözlənilir?
- Baş məşqçi çox çalışdıqda komandasını daha yaxşı tanıyır. Hər həftə nəsə öyrənirəm. Dəyişiklik təkcə oyunçularla deyil, oyun komponentləri ilə də etmək olar. Məsələn, pressinq və digər məqamlar. Müəyyən vaxt lazımdır ki, hər şey qaydasına düşsün.
- Futbolçulardan sizi ən çox təəccübləndirən kim oldu?
- Oyunçular haqda fərdi danışmaq istəmirəm. Ölkə kubokundakı oyunu yaxşı keçirdik və 4 qol vurduq. Daha sonra hər şeyi öz aramızda müzakirə etdik.
- “Sportinq”in Avroliqa oyunlarını izlədikdə nələri gördünüz?
- Əlbəttə ki, komandada ruh yüksəkliyi görmüşəm. Sabah da bunu gözləyirəm. Belə olan halda qələbə gələ bilər.
- Qələbəyə kökləndiyinizi dediniz. Məğlubiyyətə necə, hazırsınızmı?
- Hər iki komanda sabah qələbə üçün oynayacaq. Bu da oyunu maraqlı edir.
- Adətən rəqib öncədən araşdırılır. Qarabağ adının nə məna kəsb etməsi barədə məlumatınız varmı?
- Əvvəla deyim ki, “Qarabağ” çox gözəl, modern futbol oynayır. Rəqibin 3 oyununu izləmişəm. Əks-hücum komponentlərində yaxşı komandadır, topla yaxşı rəftar edir. “Qarabağ” haqda eşitmişəm. Ölkənizə ilk dəfədir gəlirəm. Bura xoşuma gəlir.
- Heyətinizdə kifayət qədər itkilər var. Çıxış yolunu nədə görürsünüz?
- Yaxşı komanda təkcə 11 oyunçudan ibarət deyil. Bizim 25 futbolçumuz var. Düzdür, heyətdə problemlər var və bura 18 oyunçu ilə gəlmişik. İstənilən halda sabahkı matçda futbolçularımızın yaxşı çıxış edəcəklərinə inanıram.
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər
Messidən daha bir dünya rekordu
A seriyasına yüksəldilər, baş məşqçi ilə müqavilə uzadıldı
"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi
"Qarabağ"dan ayrıldı, yenidən icarəyə göndərildi
Mundiallarda bunu bacaran ilk komanda oldular
Bakıda möhtəşəm boks gecəsi - Şəkillər
"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın
Skaloni çatışmazlıqları gizlətmədi
DÇ-2026: bombardirlər siyahısındakı son durum
Argentinanı yarımfinala yüksəldən qələbə - Video
“Qarabağ” Nihad Mujakiçin transferini bitirir
Seneqal millisinin baş məşqçisi göndərildi
112-ci dəqiqədə qol vuran futbolçu matçın ən yaxşısı seçildi
Tuhel yarımfinala çıxan komandasının oyununu tənqid etdi
DÇ-2026-da yarımfinal cütləri müəyyənləşdi
Argentina yarımfinalda - Yenilənib
İngiltərəni finala yaxınlaşdıran qələbə - Video
Dubl etdi, matçın ən yaxşısı seçildi
Norveç - İngiltərə: Heyətlər
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?