"İlk oyunu yaxşı təhlil etmişdik. Bilirdik ki, rəqib cinahlardan yaxşı oynayır. Bu üzdən cinahları bağlamağa çalışdıq. Komandamız Qəbələdə keçirilən ilk matçdan daha yaxşı oynadı. İlk qol epizodunu yaratdıq, penalti qazandıq. Təəssüf ki, qol vura bilmədik. Bəlkə də hesabı açsaydıq, oyunun axarını öz xeyrimizə dəyişə, rəqibi tələskənliyə məcbur edib bundan maksimum yararlana bilərdik".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Emin İmaməliyev UEFA Gənclər Liqasının ikinci mərhələsinin cavab oyunu çərçivəsində "Herta" 0:1 hesabı ilə uduzduqları matçı şərh edərkən deyib.
"Düşünürəm ki, düzgün yoldayıq. Bu rəqiblə onların meydanında başabaş oynamaq futbolçularımız üçün həm də bir təcrübə oldu. Gələcək matçlara daha yaxşı hazırlaşıb, irəli gedə bilərik. Futbolçularımız çox yaxşı oynadılar. Onların hamısı istəkli idi, qələbə qazanmaq istəyirdi. Belə qarşılaşmada meydanı qol vurmadan tərk etməyimiz bir az üzücü oldu. Oyunçularımız çox əziyyət çəkdilər. Ən sevindirici məqam isə odur ki, düzgün oynamağa çalışdılar, həm rəqibə imkan vermədilər, həm də top bizdə olanda düzgün qərarlar qəbul etdilər” - deyə o bildirib.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti