"Neftçi"nin müdafiəçisi Slavko Braliç klubun rəsmi saytına müsahibə verib. Qol.az-ın məlumatına görə, özünü "Neftçi”də çox xoşbəxt hiss etdiyini bildirən xorvatiyalı futbolçu Topaz Premyer Liqası və azarkeşlərlə bağlı sualları da cavablandırıb.
- Hazırda turnir cədvəlinin ilk pilləsində məskunlaşmışıq. Qış fasiləsinə qədər bu mövqeyi qorumaq nə qədər vacibdir?
- Birinci yerdə olmağımız çox vacib amildir. Bu üstünlüyü qoruyub qış fasiləsinə lider qismində yollanmaq lazımdır. Belə olan halda, mövsümün ikinci hissəsinə daha yaxşı əhval-ruhiyyə ilə hazırlaşmaq olar.
- Özünüzü "Neftçi”də necə hiss edirisiniz?
- Çox xoşbəxt hiss edirəm. Hər oyunda ortaya maksimum bacarığımı qoymağa çalışıram.
- Sizin üçün indiyə qədər Topaz Premyer Liqasında keçirilmiş ən çətin oyun hansı olub?
- Demək olar, hər oyun çətin keçib. Hər hansı oyunu fərqləndirə bilmərəm.
- Azərbaycan çempionatının səviyyəsi gözləntilərinizi doğruldubmu?
- Bəli, çempionatın səviyyəsi kifayət qədər yüksəkdir.
- Növbəti rəqib "Sabah” haqda nə deyə bilərsiniz?
- Çox keyfiyyətli komandaları var. Nəticələr də belə deməyə əsas verir. Bu rəqiblə səfər oyununda qalib gəlmək üçün bütün bacarığımızı ortaya qoymalıyıq.
- Azarkeşlər komandanı hər zaman dəstəkləyir. Onların dəstəyini hiss edirsinizmi?
- Əlbəttə! "Neftçi”nin fanatları ən yaxşı azarkeşlərdir. Onların dəstəyi sayəsində hər oyunda özümüzü daha da inamlı hiss edirik.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti