“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Qol.az-a müsahibə verib. Komandanın geridə qalan 12 tur ərzindəki çıxışını dəyərləndirən gənc mütəxəssis digər məqamlara da toxunub.
- “Qəbələ” son vaxtlar bir qədər özünə gəlsə də, hələ də istənilən səviyyədə çıxış etmir. Qeyri-sabit oyunun səbəbini nədə görürsünüz?
- Biz özümüz də bu barədə müzakirələr aparırıq. Bacardığımız qədər heyətdə olan futbolçulardan istifadə etməyə çalışırıq. Bəzən elə olur ki, alınmır. Burada da oyunlara görə hərəkət edirik. Həm məşqlərdə, həm iclaslarda nəinki qeyri-sabit çıxışımıza, hər bir çatışmazlığa toxunuruq. Bunları aradan qaldırmaq, yaxşıları daha da yaxşılaşdırmaq istəyirik. Bunun üzərində işləyirik. Hər rəqibə qarşı fərqli taktika ilə meydana çıxırıq. Məncə, bir az zamana ehtiyacımız var. İnanıram ki, vaxt keçdikcə hər şey düzələcək.
- Komandanız 12 oyundan 15 xal toplayıb və hazırda 5-ci pillədə qərarlaşıb. Nəticəni qənaətbəxş saymaq olarmı?
- Əlbəttə ki, “Qəbələ” adına istədiyimiz yerdə deyilik. Bunun altından çıxmağa çalışırıq ki, komanda daha üst sıralarda olsun. Bizi bir az narahat edən məqam budur. Sevindirici hal odur ki, hazırda uşaqlar çox əzmlə çalışırlar. Komandada böyük məsuliyyət hiss edirəm. Bu isə məni sevindirir. Belə futbolçularla çalışmaq həm qürurverici, həm də xoşdur. Düşünürəm ki, bu səviyyəni qoruyub saxlaya bilsək, “Qəbələ” də yuxarı pillələrdə olacaq.
- Növbəti turda rəqib “Zirə”dir. Bu oyunla bağlı nə düşünürsünüz?
- Ümumi məşq planımızda elə bir dəyişiklik yoxdur. Düzdür, rəqibin hansısa cəhətini analiz edib, onun üzərində işləyə bilərik. Ancaq əsas hazırlığımız olduğu kimi qalır. Həftəlik proqramımız var, buna uyğun çalışırıq. “Zirə” yaxşı komandadır. Son turda da üstün oynayıb, qələbə qazanıblar. Öz meydanımızda azarkeşlərimizi sevindirmək istəyirik. Yaxşı mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik.
- Son turda “Keşlə” ilə matçda qapını Dmitri Bezotosnı qorudu. Aqil Məmmədova şans verməməyiniz “Qarabağ”a 1:3 hesabı ilə uduzduğunuz oyunda buraxdığı qollarla bağlıdır?
- Yox, qətiyyən. Çalışıram ki, qapıda dayanan oyunçular çərçivəni hiss etsinlər. Aqilin oyun təcrübəsi az idi, istədim ki, o da oynasın. Məncə, komandamıza çox köməyi dəydi. Səhvlə heç bir əlaqəsi yoxdur. Hamı səhv edə bilər. Sadəcə, son vaxtlar Dimanın oynamaq istəyini gördüm. Düşündüm ki, artıq onu qapıya qoymaq olar. Növbəti turlarda yenidən Aqilə də şans verə bilərik. İstəyirəm ki, bütün futbolçular oynamaq imkanı qazansınlar.
- Bildirdiniz ki, son vaxtlar Bezotosnının oynamaq istəyini gördünüz. Maraqlıdır, əvvəlki matçlarda ukraynalı qapıçıda bu istək yox idi?
- İstəyirəm ki, komandada rəqabət olsun. Məsələn, hansısa futbolçu özünə arxayın ola bilər. Məşqçi bunu hardasa hiss edə və o məqamda fərqli qərar verə bilər. Hansı futbolçuda daha çox istək hiss ediriksə, ona da şans veririk. Təbii ki, hamı oynamaq istəyir. Amma bunun aşırı səviyyədə olmasını arzulayırıq. Futbolçular rəqabəti hiss etməlidirlər.
- Qış toplanışının yeri və vaxtı dəqiqləşib?
- Müzakirə etmişik, komanda Türkiyədə toplanış keçəcək. Yanvarın 6-sı Bakıda bir araya gəlib, 12-dək burada hazırlaşacağıq. 13-də isə Antalyaya yollanacağıq. Orada 2 həftəlik təlim-məşq toplanışımız olacaq. Hazırlıq dövründə 4 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Hələlik rəqiblərin adlarına aydınlıq gəlməyib. Bu istiqamətdə danışıqlar gedir.
- Yəqin ki qış transfer pəncərəsində heyətə yeni futbolçular qatılacaq. Daha çox hansı mövqeləri gücləndirmək istəyirsiniz və neçə oyunçu alacaqsınız?
- Əlbəttə ki, güclənmək istəyirik. Hələlik hansı mövqeələr olduğunu açıqlamaq istəmirəm. Rəhbərliklə oturub, bunu müzakirə edəcəyik. Mövsümün birinci hissəsindəki son oyunumuzdan sonra bütün suallara aydınlıq gələcək. Həm yerli, həm də legioner futbolçularla danışa bilərik. İnanmıram ki, yerli uşaqları öz komandaları buraxsın. Gücümüz daxilində ən azı 3 yeni futbolçuya ehtiyacımız var.
- Bəs komandadan gedənlər necə, olacaqmı?
- Yox, yəqin ki, gedənlər olmayacaq. Çünki elə də geniş heyətimiz yoxdur.
- Bəzi legionerlər var ki, heyətə düşməkdə çətinlik çəkir. Misal üçün, Sabian Lilay. Onlarla bağlı nə düşünürsünüz?
- Lilay inandığımız futbolçudur, son oyunda da meydana çıxdı. Ona əsas heyət üzvü kimi baxıram.
Elnur SALAHOV
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər
Messidən daha bir dünya rekordu
A seriyasına yüksəldilər, baş məşqçi ilə müqavilə uzadıldı
"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi
"Qarabağ"dan ayrıldı, yenidən icarəyə göndərildi
Mundiallarda bunu bacaran ilk komanda oldular
Bakıda möhtəşəm boks gecəsi - Şəkillər
"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın
Skaloni çatışmazlıqları gizlətmədi
DÇ-2026: bombardirlər siyahısındakı son durum
Argentinanı yarımfinala yüksəldən qələbə - Video
“Qarabağ” Nihad Mujakiçin transferini bitirir
Seneqal millisinin baş məşqçisi göndərildi
112-ci dəqiqədə qol vuran futbolçu matçın ən yaxşısı seçildi
Tuhel yarımfinala çıxan komandasının oyununu tənqid etdi
DÇ-2026-da yarımfinal cütləri müəyyənləşdi
Argentina yarımfinalda - Yenilənib
İngiltərəni finala yaxınlaşdıran qələbə - Video
Dubl etdi, matçın ən yaxşısı seçildi
Norveç - İngiltərə: Heyətlər
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?