“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun “Sportinq”lə ev oyunundan əvvəl mətbuat konfransı keçirib.
Qol.az-ın məlumatına görə, əvvəlcə sabahkı qarşılaşma ilə bağlı fiirlərini bildirən təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Öz oyunumuz və mübarizəmizlə sabah sizi və azarkeşləri sevindirmək istəyirik. “Sportinq”də baş məşqçi dəyişikliyi olub. Adətən bu cür hallarda komanda daha istəkli olur. Öz meydanınmızda oynadığımızdan daha fəal olmalıyıq. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.
- “Sportinq”in əsas heyətindən bir neçə futbolçu Bakıya gəlməyib. Rəqibin baş məşqçisi heyətdəki boşluqları U-23 komandasının bəzi üzvləri ilə doldurub. Bu amil “Qarabağ” üçün üstünlük ola bilərmi?
- Mən belə böyük klublarda gəlməyən oyunçulara bir o qədər önəm vermirəm. “Sportinq”in çox geniş heyəti var. 23 yaşlı futbolçudan danışırıqsa, deməli, o, artıq peşəkar oyunçudur. Bu cür klubda inanmıram ki, zəif futbolçu olsun. Oyunçularımız da buna fikir verməməlidirlər. Kimə qarşı oynadığımızı yaxşı bilirik. Ona görə də bu haqda fikirləşmirik. İstərdik ki, meydanda rəqibdən üstün olaq. Sabah qalib gəlmək üçün daha yaxşı oyun göstərməyə çalışacağıq.
- Sabahkı oyunda Emeqara olmayacaq. Hücumun sivri ucunda bir neçə dəfə Araz Abdullayevə şans vermisiniz. Yenə belə olacaq, yoxsa?
- Bəli, Emeqara oynamayacaq. Düzdür, Arazı o mövqeədə oynatmışıq, sabahkı matçda da belə bir ehtimal çoxdur. Amma son qərarı səhər məşqdən sonra verəcəyik.
- Rəşad Sadıqov sabah avrokuboklarda 100-cü oyununa çıxacaq. Bu, sizin üçün xüsusi önəm daşıyırmı və komandaya stimul verə bilərmi?
- Rəşada görə sevinirəm. Azərbaycanlı oyunçumuz avrokuboklarda 100-cü oyuna çıxacaq. Motivasiya dedikdə, düşünürəm ki, buna ehtiyac olmaz. Hamı Bakıdakı son oyunda özünü daha yaxşı tərəfdən göstərməyə çalışacaq. Rəşadın sabah oynayıb-oynamayacağı da hələ dəqiq deyil. Bu da səhər bilinəcək. 100-cü oyunu olması deyil, Rəşadın meydana çıxması futbolçular üçün yaxşı stimul ola bilər. Oyunun mahiyyətini hər kəs yaxşı başa düşür.
- Rəşadın meydanda olub-olmayacağının hələ dəqiqləşmədiyini dediniz. Bu, zədə ilə bağlıdır, yoxsa hələ qərar verməmisiniz?
- Yox, zədə ilə bağlı deyil.
- Adətən avrokubok oyunlarından əvvəl soruşurlar ki, komandanı necə motivasiya etmisiniz. Mən isə bu sualı başqa cür verəcəyəm. Millətlər Liqasından sonra özünüz psixoloji olaraq, bərpa prosesini necə keçmisiniz?
- Suala görə çox sağ olun. Bizdə bərpa prosesi mövsüm başa çatanda olur. Futbolçuları hər oyundan sonra motivasiya etməyə çalışırıq. Biz məşqçilərin isə hər günü gərgin keçir.
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər
Messidən daha bir dünya rekordu
A seriyasına yüksəldilər, baş məşqçi ilə müqavilə uzadıldı
"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi
"Qarabağ"dan ayrıldı, yenidən icarəyə göndərildi
Mundiallarda bunu bacaran ilk komanda oldular
Bakıda möhtəşəm boks gecəsi - Şəkillər
"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın
Skaloni çatışmazlıqları gizlətmədi
DÇ-2026: bombardirlər siyahısındakı son durum
Argentinanı yarımfinala yüksəldən qələbə - Video
“Qarabağ” Nihad Mujakiçin transferini bitirir
Seneqal millisinin baş məşqçisi göndərildi
112-ci dəqiqədə qol vuran futbolçu matçın ən yaxşısı seçildi
Tuhel yarımfinala çıxan komandasının oyununu tənqid etdi
DÇ-2026-da yarımfinal cütləri müəyyənləşdi
Argentina yarımfinalda - Yenilənib
İngiltərəni finala yaxınlaşdıran qələbə - Video
Dubl etdi, matçın ən yaxşısı seçildi
Norveç - İngiltərə: Heyətlər
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?